...

Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib

Cəmiyyət Materials 6 Fevral 2015 14:20 (UTC +04:00)
Trend-in məlumatına görə, iclasda ilk olaraq 2014-cü ilin payız sessiyasında görülən işlər barədə hesab dinlənilib.
Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda ilk olaraq 2014-cü ilin payız sessiyasında görülən işlər barədə hesab dinlənilib.

Daha sonra komitənin 2015-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq edilib.

İclasda İnzibati Xətalar Məcəlləsi və "Televiziya və radio yayımı haqqında" qanuna dəyişikliklər müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonda cari məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti