Azərbaycanda ağciyər transplantasiyası da mümkün ola bilər

Cəmiyyət Materials 13 Fevral 2015 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yaxın zamanlarda ağciyər transplantasiyası da mümkün ola bilər.

Azərbaycan Tibb Universitetindən (ATU) Trend-ə verilən məlumata görə, "Orqan transplantasiyası" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxış edən ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, artıq Azərbaycanda orqan transplantasiyası aparan bir neçə klinika var. Ölkədə orqan transplantasiyası əməliyyatlarında, əsasən, canlıdan canlıya qaraciyər, böyrək köçürülür: "Təəssüflər olsun ki, ağciyər köçürmə əməliyyatını hələ həyata keçirməmişik. Amma bu, bizim hədəfimizdir. Yaxın bir zamanda yəqin ki, buna da nail olacağıq".

Ə.Əmiraslanov bildirib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında da orqan transplantasiyası şöbəsinin açılması nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti