...

Ötən il Azərbaycanda uşaqlar tərəfindən 479 cinayət törədilib

Cəmiyyət Materials 17 Fevral 2015 13:37 (UTC +04:00)
2014-cü ildə ildə Azərbaycanda 18 yaşadək uşaqlar tərəfindən və ya onların iştirakı ilə 479 cinayət hadisəsi qeydə alınıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər.
Ötən il Azərbaycanda uşaqlar tərəfindən 479 cinayət törədilib

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/

2014-cü ildə ildə Azərbaycanda 18 yaşadək uşaqlar tərəfindən və ya onların iştirakı ilə 479 cinayət hadisəsi qeydə alınıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər.

Qeyd edilib ki, 18 yaşadək uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilən cinayətlərin sayı ümumi qeydə alınan cinayət faktlarının 3,1 fazini təşkil edib.

Ümumiyyətlə isə, 2014-cü ildə ölkədə 24607 cinayət faktı və əhalinin hər 100 min nəfərinə hesabı ilə 261 cinayət hadisəsi qeydə alınıb. Qeydə alınmış cinayətlərin 54,9 faizi az ağır, 31,6 faizi böyük ictimai təhlükə törətməyən, 13,5 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

Hesabat dövründə cinayətlərin strukturunda 11287-si iqtisadi sahədə törədilən, 7380-i ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan, 4592-si şəxsiyyət əleyhinə, 1347-si dövlət hakimiyyəti əleyhinə, 1-i isə sülh və insanlıq əleyhinə cinayətlərdir.

Qeydə alınmış cinayətlərin 298-i qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 388-i qəsdən sağlamlığa ağır zərər vurma, 19-u işgəncə vermə, 24-ü adam oğurluğu cinayətlərinə aiddir.

2014-cü ildə əvvəlki illə müqayisədə əmək mühafızəsi qaydalarını pozma cinayətləri 11,5 faiz, qanunsuz sahibkarlıq cinayətləri 4 faiz, kreditor borclarını ödəməkdən qəsdən yayınma cinayətləri 33,3 faiz, aksiz markası ilə markalanmalı olan məhsullan (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə cinayətləri 14,3 faiz, xuliqanlıq cinayətləri 4,3 faiz, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalan əleyhinə olan cinayətlər 10,9 faiz, dövlət hakimiyyəti əleyhinə olan cinayətlər 11,4 faiz azalıb.

Ötən il narkotiklər və güclü təsiredici vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3228 cinayət hadisəsi qeydə alınıb və onların 28,8 faizi satış məqsədi ilə törədilib.

Əməliyyat-istintaq tədbirləri nəticəsində ötən il qeydə alınmış cinayətlərin 60,4 faizi açılıb. Açılmış cinayətlərin 2220-si əvvəllər cinayət törətmiş, 1545-i qrup halında, 593-ü sərxoş vəziyyətdə, 668-i isə narkomanlar və ya narkotik təsir altında olan şəxslər tərəfindən törədilib.

2014-cü ildə aşkarlanmış hüquqpozucularının 81,3 faizi cinayət məsuliyyətinə cəlb olunub. Aşkar olunmuş hüquqpozucuların 77,2 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 13,1 faizi əvvəllər cinayət törətmiş şəxslər, 4,6 faizi sərxoş vəziyyətində olan şəxslər, 6,2 faizi qadınlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti