...

Azərbaycanda pensiya artırıla bilər

Cəmiyyət Materials 26 Fevral 2015 11:12 (UTC +04:00)
Məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı bir təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində nəzərə alınacaq və pensiya məbləğlərinin indeksləşdirilməsi yolu ilə bu aradan qaldırılacaq.
Azərbaycanda pensiya artırıla bilər

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir Azad Həsənli/

"Məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı bir təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində nəzərə alınacaq və pensiya məbləğlərinin indeksləşdirilməsi yolu ilə bu aradan qaldırılacaq". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

DSMF sədri bildirib ki, buna görə narahat olmağa əsas yoxdur: "Bilirsiniz ki, sığorta-pensiya sistemi Azərbaycan qanunvericiliyinə uyğun olaraq bir çox fiskal təzyiqlərdən qorunma mexanizminə malikdir. Bunlardan biri də hər il inflyasiya göstəricisinə uyğun olaraq pensiya məbləğlərinin indeksləşdirilməsi prosesidir. Prezident tərəfindən hər il bu barədə qərar qəbul olunur. DSMF isə avtomatlaşdırılmış sistemdə pensiyaların indeksləşdirməsini aparır. Cari ildə də ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq pensiyaların indeksləşdirilməsi prosesini, eləcə də fərdi hesablarda sığorta kapitallarında indeksləşdirilməni aparmışıq. Bu mexanizm özlüyündə inflyasiyanın səviyyəsindən asılı olmayaraq, eləcə də, istehlak qiymətləri indeksinin dəyişməsindən asılı olmayaraq pensiya məbləğlərinin bazar iqtisadiyyatı şəraitində fiskal təsirlərindən qorunmasını ifadə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti