...

Məktəblilər silah, sursat, mühəndis və rabitə cihazlarına baxıblar (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2015 17:15 (UTC +04:00)
Şəmkirdə yerləşən N saylı hərbi hissədə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Məktəblilər silah, sursat, mühəndis və rabitə cihazlarına baxıblar (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Müdafiə Nazirinin təsdiq etdiyi plana əsasən, Şəmkirdə yerləşən N saylı hərbi hissədə rayon təhsil müəssisələrinin şagird və tələbələrinin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayonun 7 orta təhsil müəssisəsindən 120 nəfər şagird və onları müşayiət edən müəllimləri hissə komandanlığı adından salamlayan polkovnik Elşad Əbilov onlara hərbi hissənin yaranma tarixi, döyüş yolu, ərazidə yerlşən obyektlər barədə məlumat verərək şəxsi heyətin məişət şəraiti ilə tanış edib.

Qonaqlar Silahlı Qüvvələrin təchizatında olan silah, sursat, mühəndis, rabitə cihazları və avadanlıqları, səyyar təşviqat guşələri və mənəvi-psixoloji təminat vasitələri ilə əyani şəkildə tanış olublar. Hərbi hissənin ərazisindəki Heydər Əliyev Mərkəzini ziyarət edən qonaqlara ümummilli liderin həyat və fəaliyyəti barədə geniş məlumat verilib.

Şagirdlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müxtəlif vaxtlarda hərbi hissəyə səfərlərini, Silahlı Qüvvələrdə keçirilən təlimləri əks etdirən filmə, o cümlədən "Hər birimiz Mübarizik, Fəridik!" adlı qəhrəmanlıq balladasına baxıblar.

Tədbirin sonunda qonaqlar əsgərlərlə birlikdə nahar ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti