...

Komitə: Azərbaycanda erkən nikaha daxil olanların yaş həddi 15-dən aşağı deyil

Cəmiyyət Materials 2 Mart 2015 16:04 (UTC +04:00)
Azərbaycanda erkən nikaha daxil olanların yaş həddi 15-dən aşağı deyil, yuxarıdır.
Komitə: Azərbaycanda erkən nikaha daxil olanların yaş həddi 15-dən aşağı deyil

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda erkən nikaha daxil olanların yaş həddi 15-dən aşağı deyil, yuxarıdır. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

E.Səfərov bəzi ölkələrdə erkən nikahlar üçün yaş həddinin daha aşağı olduğunu deyib: "Məsələn, Tacikistanda erkən nikahlar üçün yaş həddi daha çox 12-dən 15-dəkdir. Bizdə isə qeyri-rəsmi nikaha daxil olanlar üçün yaş həddi 15, 16, 17-dir".

Komitə rəsmisi qeyd edib ki, Azərbaycanda erkən nikahların səbəbi digər ölkələrdə olduğu kimi sosial vəziyyətlə bağlı deyil: "Bu, bizdə beyinlərdə formalaşmış stereotiplərdir, ailənin qayda-qanunudur. Onun dəyişdirilməsi üçün stereotiplərin dəyişdirilməsinə, güclü maarifləndirmə işlərinin aparılmasına, yerlərdəki dövlət qurumlarında bu sahədə güclü islahatlar aparılmasına ehtiyac var".

Qeyd edək ki, Azərbaycanda 1999-2013-cü il illər ərzində nikaha daxil olan qadınların ümumi sayında yaşı 18-dək olan qızların sayı ən çox 1999-cu ildə (7,1%) qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2012-ci ildə yaşı 18-dək olan qızlarla nikaha girənlərin sayı 295, 2013-cü ildə isə 229 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti