...

DİN Bakı yollarında avtomobillə “at oynadan” şəxslərlə bağlı məlumat yayıb

Cəmiyyət Materials 5 Mart 2015 14:18 (UTC +04:00)
Bakı yollarında avtoxuliqanlıq etmiş 3 nəfər saxlanılıb.
DİN Bakı yollarında avtomobillə “at oynadan” şəxslərlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/

Bakı yollarında avtoxuliqanlıq etmiş 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 3-də saat 01 radələrində Xətai rayonu ərazisində Roman Səmədov idarə etdiyi "Opel" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Xətai rayon məhkəməsinə göndərilib.

Yasamal rayon ərazisində Səid Həsənov idarə etdiyi "VAZ-21214" markalı avtomobillə fevral ayının 20-də avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Yasamal rayon məhkəməsinə göndərilib.

Paytaxt sakini Qabil Hüseynov isə idarə etdiyi "Opel" markalı avtomobillə yanvar ayının 23-də avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Nizami rayon məhkəməsinə göndərilib. Məhkəmənin 13.02.2015-ci il tarixli qərarına əsasən Q.Hüseynov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti