...

"ABC-Telecom" MMC barədə də iş qaldırıldı

Cəmiyyət Materials 5 Mart 2015 16:08 (UTC +04:00)
“ABC-Telecom” barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
"ABC-Telecom" MMC barədə də iş qaldırıldı

Azərbaycan, Bakı, 5 mart /Trend/

Son günlərdə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə "ABC-Telecom" MMC tərəfindən məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə çoxsaylı vətəndaş müraciətləri daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı "ABC-Telecom" MMC tərəfindən satılan məişət avadanlıqlarının və mobil telefonların qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu aşkar edilib.

"ABC-Telecom" barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti