...

"Ballı" market də alıcıları aldadırmış

Cəmiyyət Materials 6 Mart 2015 17:24 (UTC +04:00)
“Ballı” marketdə əsassız qiymət artımının qarşısı alınıb.
"Ballı" market də alıcıları aldadırmış

Azərbaycan, Bakı, 6 mart /Trend/

"Ballı" marketdə əsassız qiymət artımının qarşısı alınıb.

İstehlak bazarında süni qıtlıq yaradılması, eləcə də əsassız qiymət artımı, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bazar küçəsi, mənzil 1 ünvanında Emil Məmmədova məxsus "Ballı" marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxs barədə müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti