...

Pirallahıda da aldadan market var

Cəmiyyət Materials 11 Mart 2015 18:45 (UTC +04:00)
Əsassız qiymət artımına yol verənlər cəzalandırılır.
Pirallahıda da aldadan market var

Azərbaycan, Bakı, 11 mart /Trend/

Əsassız qiymət artımına yol verənlər cəzalandırılır.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda Vəfa Abbasovaya məxsus "Laçın" marketdə aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, marketdə təklif olunan malların nəzarət-kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq olmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

Əsassız qiymət artımına yol vermiş şəxs barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti