...

"Ənənəvi İslam dəyərləri və müasirlik" konfransı başa çatdı

Cəmiyyət Materials 11 Mart 2015 19:24 (UTC +04:00)
Şamaxıda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans başa çatıb
"Ənənəvi İslam dəyərləri və müasirlik" konfransı başa çatdı

Azərbaycan, Bakı, 11 mart /Trend/

Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda regional konfrans başa çatıb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransın ikinci günündə Şamaxı rayonunda fəaliyyət göstərən kolleclərin, Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələri, rayonun gənc aktivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransın işi panellərlə davam etdirilib. "Ənənəvi dini dəyərlərimiz və xarici təsirlər" mövzusunda keçirilən birinci plenar iclas Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə baş tutub. Paneldə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Niyaz Yaqubov "Azərbaycanda dini durum: Yaxın Şərqdə gedən proseslər kontekstində", ilahiyyatçı Tariyel Rəsulov isə "Zərərli dini cərəyanlar və onların təbliğat metodları: yeniyetmə və gənclərin radikal meyillərdən qorunması" mövzularında məruzə ilə çıxış ediblər.

Konfransın sonuncu plenar iclası "Milli mənəvi dəyərlər və müasir çağırışlar" mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının moderatorluğu ilə keçirilib. DQİDK-nın Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin məsləhətçisi Oqtay Orucov "Azərbaycan gəncləri: sosial mediadan necə istifadə edirik?", DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin məsləhətçisi Ruslan Əsgərov "Milli-mənəvi dəyərlərimiz müasir gəncliyin formalaşmasında əsas komponent kimi" mövzularında məruzələr ediblər.

Plenar iclaslarda dinlənilən məruzələr ətrafında müzakirələr aparılıb.

Bununla da ikigünlük regional konfrans öz işini başa çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti