Azərbaycan, Bakı, 13 mart /Trend/
Novruz bayramı Azərbaycanın gimnastika növləri üzrə yığmalarının üzvləri arasında təntənəli şəkildə qeyd edilib. Yığma üzvləri, eyni zamanda, Azərbaycan Təhsil Nazirliyi və Gimnastika Federasiyasının dəstəyi ilə təşkil edilmiş xüsusi məktəbin şagirdləridir. Bunu Trend-ə Azərbaycan Gimnastika Federasiyasından deyiblər.
Daha əvvəl verilmiş məlumata görə, mövcud təhsil layihəsi məktəb yaşlı gimnastların Milli Gimnastika Arenasını tərk etmədən adi məktəblilər kimi biliklər əldə etmə imkanına malik olmaları üçün yaradılıb.
Çoxmillətli yığma parlaq tamaşa nümayiş etdirdi - uşaqlar rəqs etdilər, mahnı ifa etdilər və Azərbaycan dilində şeirlər səsləndirdilər, həmçinin qədim Novruz bayramı barədə maraqlı faktlar danışdılar.
Mərasimdə iştirak etmiş Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov bildirib ki, hazırkı bayram uşaqların beynəlxalq arenada ölkələrinin şərəfini qoruya bildiyi kimi, Azərbaycanın mədəniyyət və irsini də yaxşı bildiklərini sübut etdi.