...

Vətənsiz “alpinistlərin” keçi xəstəliyi

Cəmiyyət Materials 16 Mart 2015 15:53 (UTC +04:00)
Can xəstəliyi heç kimsəyə hüzur verməz, çox arzu olunmaz bir şeydir. İnsan həyatla çarpışır kimi olur. Tanrı heç kimə göstərməsin!
Vətənsiz “alpinistlərin” keçi xəstəliyi

Azərbaycan, Bakı, 16 mart /Trend/

Trend modern.az-a istinadən Vətənsiz "alpinistlərin" keçi xəstəliyi yazısını təqdim edir:

Can xəstəliyi heç kimsəyə hüzur verməz, çox arzu olunmaz bir şeydir. İnsan həyatla çarpışır kimi olur. Tanrı heç kimə göstərməsin!

Keçi xəstəliyi deyilən bir şey də var, amma o tamam başqa bir mərəzdir. Adamı eninə-uzununa dəyişdirir, elə bilir yer kürəsi onun ayaqları altındadır. Daim illüziyalarla yüklənmək kimi simptomları var. Belə xəstə durmadan yalanlar uydurur, yalanlarına başqalarını da inandırmağa çalışır.

Yaman da aqressiv olur, sıyırıb-sovurub davamlı oğurluq edir, çirkli təbliğata girişir, hətta hər addımında onsuz da sevgisini bilmədiyi vətəni və millətini də satır. Elə zənn edir ki, keçidir. Yüksəkliklərlə, hündür qayalarla əlləşir. Olduqca təhlükəli mərəzdir, ətrafdakılar, cəmiyyət, millət üçün çox zərərlidir, həm müalicəsi də hələ tapılmayıb. Xronikidir, ona görə ki, xəyalları reallıqla uyğunlaşmayanda tappıltı ilə dağ başından yerə dəyir və o andaca ayılır. Bir müddət adam olur, elə bil heç keçi xəstəliyi keçirən bu deyil. Di gəl ki, keçmir, yenidən bu azara yoluxur. Bunların təhlükəsi daha çox cəmiyyət üçündür.

Cəmiyyət, millət, normal insanlar da bu tiplərdən soruşurlar: "Ay keçi, axı sən xəstəsən, sənin dağda-qayada nə ölümün var, niyə bu gözəlliklərə zərər verirsən? Təbii sərvətlərimizlə belə davranmaq olmaz axı". Deyir, sizə nə var, ay ətrafdakılar, ay cəmiyyət, ay millət. Bu dağ-qaya mənə tazı kimi xidmət etdiyim şefimdən qalıb. Nə gözəllik, nə təbii sərvət, nə qanun, nə millət. Mən azad fikirliyəm, ictimai təşkilatam, heç kimsə mənə söz deyə bilməz. Bura mənim oylağımdır, istərəm qayada gəzərəm, istərəm onu çaparam, deşərəm. İstəsəm də orda arağımı içib, kef məclisləri düzəldərəm, hətta acığınıza zir-zibilimi də tökərəm. Bəli, bu azarın belə fəsadları var.

Əslində buna "alpinistlərin", yəni dırnaqarası alpinistlərin keçi xəstəliyi də deyirlər.

Keçi mərəzinin bir ucu da oğurluqdur, qaçaqlıqdır. Bu xəstəliyə tutulandan soruşsan ki, "sənin o hündürlükdə daha nə işin var" deyəcək ki, "axı mən oğruyam, bəli naturaca oğruyam və mütləq qaçıb dağlarda gizlənməliyəm. Öz şəxsi maraqlarımı ictimai mənafedə ört-basdır eləməyə öyrəşmişəm, kiminsə əlindən, cibindən yeməyə də alışqanam.

Yoxsa, məsələn, şefimdən oğurlamasam, cəmiyyətdən, ətraf mühitdən talamasam Qəbələ kimi yerdə ev tikə bilmərəm axı. Oğru olduğum üçün nə sözüm bütövdür, nə də hərəkətlərim kişi kimidir..." Burda deyərlər: "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı".

Yaman pis dərddir. Belə də mərəz olar? Keçiblər cəmiyyətin, millətin xirtdəyinə.

Bunlara bəzən xəstəliklə əlaqəsi olmadan, sadəcə "kozyol", yəni keçi də deyirlər. Amma nə fayda. Utanmırlar, tribunaya da çıxırlar, hələ millətə veteran da soxuşdururlar ki, bax, bu sənsən, bu sənin "alpinist" keçmişindir. Millət də qalır məəttəl, baxır keçi xəstəliyinə tutulmuşların çıxardığı veteranın gözlərinin içinə, görür ki, burda ona aid heç nə yoxdur. Nə keçmişi, nə də gələcəyi görünür. Soruşsalar ki, ay keçi mərəzli, niyə bəs bunların içində millilik yoxdur, azərbaycanlı yoxdur, ya da azdır, deyəcək ki, onlar tez ölür, veteranlığa qalmır.

Qalmışıq bu xəstələrin əlində, nə deyirsən başa düşmürlər. Elə hey deyir, mən keçiyəm ki, varam. İctimai təşkilatam, hara istəsəm, keçi kimi dırmanaram.

Nə olsun ki, xəstəyəm, dalımda yekə xarici şovinistlər dayanıb. Lap elə adım da 5-ci kolondur, sonra?.. Buqələmunam, lap elə bir mərəzimiz də Azərbaycan dilinə meyl etməməyimizdi, yəni "xamilyonuq", nə istəyirsiniz bizdən? Biz də bunun xəstəsiyik! Gah ölkədə nüfuzlu dairələrin ayağına dolaşırıq, gah da özümüzü müxalifət kimi aparırıq. Kimə nə?..

Deyərdim ki, bu keçi xəstəliyinin təhlükəsi getdikcə daha da artır. Ay aman, bunlar maraqları naminə nə qədər rəng alıb, rəng verə bilirlər? Dedikləri kimi, elə "xamilyon" da vardırlar. Özlərini haqq-ədalət carçısı təyin ediblər.

Ay balam, siz hara, haqq-ədalət hara? Kimi çaşdırırsınız, kimi aldadırsınız? Nə qorxunc xəstəlik imiş bu. Lap Ukraynadakı "zelyennıy celovecik"lərə bənzəməyə başlayıblar. Adamın tükü ürpəşir, elə bil Rusiyanın "yaşıl adamcıqlar"ı indi də burdadırlar. Belədə ki, niyə də olmasınlar? Milli mənəviyyat yoxdursa, şüurlu surətdə buna getməyə nə var ki...

Birinin neçə şefi olar, neçə qibləsi olar? Bir məsələni düz qeyd edib sifarişli jurnalist. Dağların-qayaların canı qurtarıb bu "kozyol"lardan", bu jurnalistə ağı- qara yazmağı sifariş verən və nadir təbiət nümunələrini məhv edən belə ovçu-brokonyerlərdən. İşə baxın, bunlar deyildimi ova qoyulan qadağanı götürməməkdə hökumət orqanlarını ittiham edən? İndi həmin brokonyerlər dağların, dağ keçilərinin mühafizəsindən danışır.

Bizim dağlarımız, nəhayət bu yaramazlardan, bu brokonyerlərdən, təbiətimiz artıq sovet nostalgiyası ilə yaşayan, prinsipləri olmayan, istəyinə nail olmaq üçün hər işə getməyə hazır olanlardan təmizlənib.

Yaxşı ki, indi o gözəl dağlarımız Allahın yaratdığı dağ keçilərinin məskəni kimi qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti