...

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Cəmiyyət Materials 18 Mart 2015 12:29 (UTC +04:00)
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.
Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, martın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman, dağlıq və dağətəyi rayonlarda çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti