...

Əfv sərəncamının icrası başa çatıb

Cəmiyyət Materials 19 Mart 2015 13:52 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, əfv sərəncamına düşən məhbuslar cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.
Əfv sərəncamının icrası başa çatıb

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası başa çatıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, əfv sərəncamına düşən məhbuslar cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.

Qeyd edək ki, sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da var.

Sərəncama uyğun olaraq, 90 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 7 nəfər cəzadan azad ediliblər.

Qeyd edək ki, əfv olunanlar arasında vətəndaş cəmiyyətinin fəalı Bəşir Süleymanov, "Nida" hərəkatının üzvü Orxan Əyyubzadə, Müsavat Partiyasının üzvü Şəhla Muxtarova, fəallar Ramil Vəliyev və Anar Qasımlı da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti