...

Biliklərini yoxlamaq istəyən abituriyentlərin nəzərinə

Cəmiyyət Materials 20 Mart 2015 13:01 (UTC +04:00)
TQDK ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün bu il ərzində keçirəcəyi üçüncü sınaq imtahanına yazılış vaxtını müəyyən edib.
Biliklərini yoxlamaq istəyən abituriyentlərin nəzərinə

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün bu il ərzində keçirəcəyi üçüncü sınaq imtahanına yazılış vaxtını müəyyən edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, abituriyentlər üçün üçüncü sınaq imtahanı aprelin 19-da keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 30-dan etibarən aparılması nəzərdə tutulur.

Sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti