...

"Beynəlxalq münasibətlər və Diplomatiya klubu" layihəsi çərçivəsində növbəti müzakirə keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2015 15:51 (UTC +04:00)
"Beynəlxalq münasibətlər və Diplomatiya klubu" layihəsi çərçivəsində növbəti müzakirə keçirilib.
"Beynəlxalq münasibətlər və Diplomatiya klubu" layihəsi çərçivəsində növbəti müzakirə keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində "Beynəlxalq münasibətlər və Diplomatiya klubu" layihəsi çərçivəsində növbəti müzakirə keçirilib.

Müzakirənin mövzusu "Müasir dünya nizamında dəyişən reallıqlar" idi.

Müzakirədə qonaq qismində Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev iştirak edib. Dünya düzəninin ayrı-ayrı dönəmlərində baş verən siyasi gedişlər barədə məlumat verən qonaq müasir geosiyasətin mərkəzində dayanan qüvvələr, onların siyasi gedişlərə təsirindən danışaraq, fərqli regionlarda formalaşan geosiyasi meyillərdən bəhs edib.

Mövzu ilə əlaqədar slayd da nümayiş etdirilib.

Sonra tədbir diskusiya formatında davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti