...

Azərbaycanda Bosniya və Herseqovinanın turizm imkanları təqdim olunacaq

Cəmiyyət Materials 15 Aprel 2015 20:48 (UTC +04:00)
2015-ci ilin 15-18 aprel tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin və "Türk Hava Yolları"nın birgə təşkilatçılığı ilə Bosniya və Herseqovinanın aparıcı turizm şirkətlərinin təmsilçilərindən ibarət 14 nəfərlik qrupun ölkəmizə səfər etmələri nəzərdə tutulub.
Azərbaycanda Bosniya və Herseqovinanın turizm imkanları təqdim olunacaq

Azərbaycan, Bakı, 15 aprel /Trend/

2015-ci ilin 15-18 aprel tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin və "Türk Hava Yolları"nın birgə təşkilatçılığı ilə Bosniya və Herseqovinanın aparıcı turizm şirkətlərinin təmsilçilərindən ibarət 14 nəfərlik qrupun ölkəmizə səfər etmələri nəzərdə tutulub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində qonaqlar paytaxt Bakı şəhərinin və Abşeron yarımadasının tarixi-memarlıq irsi və turizm potensialı ilə tanış olacaqlar.

Bundan əlavə, yerli turizm şirkətlərinin iştirakı ilə aprelin 16-da həm Azərbaycanın, həm də Bosniya və Herseqovinanın turizm imkanlarının təqdimatını nəzərdə tutan təlimlərin və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti