...

"Son mektup"un baş qəhrəmanı Nəzrin Cavadzadə Bakıya gəlib (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2015 16:33 (UTC +04:00)
“28 Cinema”da “Son mektup” filminin qala-gecəsi keçirilib.
"Son mektup"un baş qəhrəmanı Nəzrin Cavadzadə Bakıya gəlib (FOTO)

"28 Cinema"da "Son mektup" filminin qala-gecəsi keçirilib.

Mövsümün gözlənilən filmlərindən olan "Son mektup"un baş qəhrəmanı Nəzrin Cavadzadə filmin premyerasında iştirak etmək üçün aprelin 15-i Bakıya gəlib. Azərbaycanın premium kinoteatrı "28 Cinema"da baş tutan filmin qala-gecəsində N.Cavadzadə ilə yanaşı, filmin prodüseri Ozhan Eren və Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun da iştirak edib.

Qala-gecədən öncə N.Cavadzadə və O.Eren media nümayəndələri üçün təşkil olunmuş mətbuat konfransında iştirak ediblər, onları maraqlandıran suallara cavablandırıblar və film haqqında geniş məlumat veriblər.

Daha sonra baş tutan qala-gecədə qonaqlar "28 Cinema"da nümayiş olunan "Son mektup" filmini izləyiblər və pərəstişkarları ilə birgə fotosessiyada iştirak ediblər.

"28 Cinema" kinoteatrı "Enhanced 4K" müasir texnologiyasına əsaslanan, "Barco" yeni nəslindən olan proyektorlar və "3D Xpand" texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti