...

MTRŞ: Telekanallarda Bədii Şuralar lazımi şəkildə fəaliyyət göstərmir

Cəmiyyət Materials 17 Aprel 2015 13:43 (UTC +04:00)
Azərbaycanda bütün telekanallarda Bədii Şuralar yaradılsa da, onlar lazımi şəkildə fəaliyyət göstərmir.
MTRŞ: Telekanallarda Bədii Şuralar lazımi şəkildə fəaliyyət göstərmir

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bütün telekanallarda Bədii Şuralar yaradılsa da, onlar lazımi şəkildə fəaliyyət göstərmir. Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev telekanallarda aparılan monitorinqin nəticələri ilə əlaqədar keçirdikləri mətbuat konfransında bildirib.

Q.Cəbiyev deyib ki, əvvəllər Azərbaycanda bir telekanal olsa da, bu gün ölkədəki telekanalların sayı artıb: " Onların hamısında Bədii Şura yaradılıb. Amma o şuralar lazımı səviyyədə işləmirlər, şura üzvləri işlərə lazımi səviyyədə cəlb olunmurlar. Həmin şuralar işlək formaya cevrilsə, daha yaxsı nəticələr əldə etmək olar".

Q.Cəbiyev bəzən telekanalların dili ilə bağlı tənqidlərin çox eşidildiyini də bildirib: "Bəzən dildən istifadə ilə bağlı radio və televiziyaların üzərinə çox gedirik. Nəzərə almalıyıq ki, televizya və radio cəmiyyətdə olanları təqdim edir, özündən bir şey icad etmir. Televiziyaya dəvət olunan da cəmiyyətdə təmsil olunan insanlardır. Onlar da telekanallarda dildən yaxsı istifadə etməli və dilin normalarına tam şəkildə əməl etməlidirlər".

Q.Cəbiyevin sözlərinə görə, kanalların aparıcıları da ədəbi dilin normalarına ciddi əməl etməlidirlər: "Hər adam diktor ola bilməz. Aparıcı ədəbi dilin normalarını yaxsı bilməli, ona riayət etməlidir. Bizim yaxsı diktorlarımız da var, amma yerində olmayanlar, yerini bilməyənlər də var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti