...

Dilçilik İnstitutu: "Televiziyalar dublyaja pul qoymaq istəmir"

Cəmiyyət Materials 17 Aprel 2015 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bu gün telekanallarda ciddi səhvlərə yol verilir, dublyajların keyfiyyəti aşağıdır. Trend-in məlumatına görə, bunu Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli telekanallarda aparılan monitorinqin nəticələri ilə əlaqədar keçirdikləri mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu gün telekanallarda dublyajlara peşəkar olmayan aktyorlar cəlb edilir, bəzən bir necə rol bir nəfər tərəfindən səsləndirilir: "Bu da nəticədə müəyyən səhvlərin yaranmasına gətirib çıxarır".

Q.Məhərrəmli telekanalların dublyaj sahəsinə maliyyə vəsaiti ayırmamasından da şikayətlənib: "Televiziyalar dublyaja pul qoymaq istəmir. Yekun nəticədə də belə vəziyyət yaranır".

Q.Məhərrəmli deyib ki, televiziyalarda monitorinqlər davam etdiriləcək. Növbəti monitorinqlər sentyabr ayınadək dövlət büdcəsindən maliyyələşən kanallarda - AzTV, "İdman", "Mədəniyyət"də aparılacaq: "Həmin kanallar dövlət büdcəsindən maliyyələşdiyi üçün onların monitorinqi ayrıca aparılacaq. Onlar digər kanallara nümunə olmalıdırlar. Ancaq onlarda da səhvlərə yol verilir".

Q.Məhərrəmli bildirib ki, adı sadalanan kanallarda bütün verilişlər monitorinqlərə cəlb oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti