...

Bakıda əsən güclü külək axşam səngiyəcək

Cəmiyyət Materials 20 Aprel 2015 09:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Bakıda bu gün əsən güclü şimal küləyi bu gün axşam saatlarında səngiyəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Bakıda bu gün əsən güclü şimal küləyinin bu gün axşam saatlarında səngiyəcəyi bildirilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-12, gündüz 15-18 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti