...

Hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz obrazı yaşayır

Cəmiyyət Materials 1 May 2015 14:09 (UTC +04:00)
Hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz obrazı yaşayır.
Hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz obrazı yaşayır

Azərbaycan, Bakı, 1 may /Trend/

Hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz obrazı yaşayır.

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyi (QUPAİB) birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatı aparatının rəhbəri Ramil Vəlibəyov, QUPAİB-in sədri Kəmalə Məmmədova və başqaları ulu öndər Heydər Əliyevin XX əsrin ən parlaq simalarından və dahi şəxsiyyətlərindən biri olduğunu bildiriblər. Bu dahi şəxsiyyət şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlib.

Vurğulanıb ki, bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz obrazı yaşayır. Böyük azərbaycanlı, millətin fəxri, milli və mənəvi lideri Heydər Əliyevin əmanət qoyduğu müstəqil Azərbaycan onun ölməz ideyalarının işığında Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi sayəsində gələcəyə inamla addımlayır.

Sonra şagirdlərin sualları cavablandırılıb və dəyirmi masa qarşılıqlı fikir mübadiləsi şəklində yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti