...

Azərbaycanda V ixtisas qrupu üzrə və orta ixtisas təhsili müəssisələrinə qəbuluna start verilir

Cəmiyyət Materials 4 May 2015 11:47 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sabahdan tələbə qəbulu üçün ərizə qəbuluna başlayır.
Azərbaycanda V ixtisas qrupu üzrə və orta ixtisas təhsili müəssisələrinə qəbuluna start verilir

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sabahdan tələbə qəbulu üçün ərizə qəbuluna başlayır. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Komissiya sədri qeyd edib ki, ərizələrin qəbulu mayın 5-dən 18-dək aparılacaq.

I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həmçinin V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinə ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər.

Azərbaycanın tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul im­ta­hanı vermirlər, müsabiqədə buraxılış imtahanındakı nəticələr əsasında iştirak edirlər.

"Abituriyentin elektron ərizəsi" forması doldurulduqdan sonra ərizələrin təsdiqi təmin edilməlidir.

Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin et­dikdən sonra mayın 6-dan 19-dəkTQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim et­mək­lə seçmə turda iştirak edirlər.

QİK-də abituriyentlərin seç­dikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiy­yata alınırlar. Qey­diy­yata alınan abitu­ri­yentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imta­han­larında iştirak edirlər. Qəbul imtahanlarında top­la­dıq­ları ümumi balları müvafiq müsabiqə şərtlərini ödə­yən abitu­riyentlər müəyyən edilmiş cədvəl üzrə qabi­liyyət imtahan­larında iştirak edirlər.

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında abituriyentlər ana dili (Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili, rus bölməsinin abituriyentləri isə rus dili), riyaziyyat və xarici dil fənlərindən test imtahanı verirlər. İmtahanda abituriyentlərə hər fən­dən 30 test tapşırığı təqdim olunur. Test tapşırıq­ları­nın cavablandırılmasına ümumilik­də 2 saat 15 dəqiqə vaxt ayrılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti