...

General Rövşən Əkbərov hərbçilərə mükafat verdi (FOTO)

Cəmiyyət Materials 4 May 2015 16:20 (UTC +04:00)
Şəmkirdə hərbi hissənin yaranma günü qeyd olunub.
General Rövşən Əkbərov hərbçilərə mükafat verdi (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Şəmkirdə hərbi hissənin yaranma günü qeyd olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Şəmkir şəhərində yerləşən hərbi hissənin yaranma günü münasibətilə tədbir keçirilib.

İştirakçılar əvvəlcə hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və çiçəklər qoyaraq onun xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbiri açıq elan edən general-leytenant Rövşən Əkbərov çıxış edərək müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatırıb.

Mərasimdə polkovnik Elşad Əbilov hərbi hissənin yaranması və döyüş yolu barədə məruzə edib.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digər natiqlər çıxış edərək, hərbi hissənin qazandığı uğurları yüksək qiymətləndirərək şəxsi heyəti təbrik ediblər.

Hərbi hissə komandirinin bayram əmri ilə bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub. Hərbi qulluqçuların nümunəvi çıxışı tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bayram mərasimi hərbi hissədə yerləşən əsgər klubunda respublikanın əməkdar artistləri Azərin və İlqar Muradov, o cümlədən Gəncə Qarnizonu Zabitlər evinin musiqi kollektivinin iştirakı ilə keçirilən konsert proqramına baxışla başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti