...

Bakıda Heydər Əliyev prospektinin yan yolu sabah açılacaq (FOTO)

Cəmiyyət Materials 8 May 2015 17:22 (UTC +04:00)
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Heydər Əliyev prospekti yan yolda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun yerləşdiyi binanın yanından metronun “Koroğlu” stansiyasına qədər olan hissədə həyata keçirilən kompleks tədbirlər artıq yekunlaşmaq üzrədir və yol tam olaraq sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkəti üçün açılacaq.
Bakıda Heydər Əliyev prospektinin yan yolu sabah açılacaq (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İlkin İzzət/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Heydər Əliyev prospekti yan yolda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun yerləşdiyi binanın yanından metronun "Koroğlu" stansiyasına qədər olan hissədə həyata keçirilən kompleks tədbirlər artıq yekunlaşmaq üzrədir və yol tam olaraq sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkəti üçün açılacaq.

"Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, artıq yolun Hidrometeoroloji Proqnozlar Bürosunun yerləşdiyi binanın yanından "Bağırov körpüsü"nə qədər olan hissəsində təmir işləri tam olaraq yekunlaşıb və bu hissə sürücülərin ixtiyarına verilib. Yan yolun təmir olunmuş hissəsində asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, səki daşları dəyişdirilib, səkilərə tamet daşları döşənib, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri və üst qapaqları dəyişdirilib. Yolda nişanlanma xətləri çəkilib və zəruri olan yerlərdə yol nişanları da quraşdırılıb.

Heydər Əliyev prospekti yan yolun "Bağırov körpüsü" ilə Koroğlu metrostansiyası arasında yerləşən hissəsində də analoji işlər həyata keçirilib. Artıq sözügedən hissədə aparılan yeni asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri başa çatıb. Yolda nişanlanma xətləri çəkiləcək və zəruri olan yerlərdə yol nişanları da quraşdırılacaq. Bununla da Heydər Əliyev prospekti yan yol tam yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək.

Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də aparılan yenidənqurma işləri sona çatmaq üzrədir. Artıq keçidin üzlüyü tam olaraq yenilənib, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilib.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti