...

Azay Quliyev Şirvanda seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Cəmiyyət Materials 21 May 2015 19:07 (UTC +04:00)
Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində Fariz Eynullayev küçəsində yerləşən məhəllədə seçiciləri ilə növbəti görüşünü keçirib.
Azay Quliyev Şirvanda seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend/

Bu gün Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində Fariz Eynullayev küçəsində yerləşən məhəllədə seçiciləri ilə növbəti görüşünü keçirib.

Trend-in məlumatına görə, görüşdə A.Qulyev məşğulluq, əfv, təhsil, səhiyyə, sosial müavinətlər, mənzil təminatı, eləcədə hüquq-mühafizə orqanları, sahibkarlıq fəaliyyəti və digər məsələlərlə bağlı müraciət və şikayətləri dinləyib.

Bəzi müraciət və şikayətləri elə yerindəcə araşdıran millət vəkili onların həlli istiqamətində müvafiq qərarlar qəbul edib. A.Quliyev, həmçinin uzun müddət ev növbəsində dayanan həssas sosial qruplara aid insanların mənzillə təmin olunmaları ilə bağlı müraciətlərini Milli Məclisin və aidiyyəti dövlət qurumlarının qarşısında qaldıracağını bildirib.

Görüşdə iştirak edən Şirvan şəhər sakini Vaqif Cəfərov bu yaxınlarda cənab Prezident İlham Əliyev tərəfindən "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı ilə təltif edildiyinə görə ölkə başçısına özü və Şirvan idmançıları adından dərin minnətdarlığının çatdırılmasını millət vəkilindən xahiş edib.

A.Quliyev görüşdə seçicilər tərəfindən səsləndirilən bütün məsələlərin araşdırılacağını və onların icrasına nəzarət edəcəyini bildirib.

Görüşdə Şirvan şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini Samit Hacıyev və digər səlahiyyətli şəxslər də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti