...

Yol polisindən Bakıda keçiriləcək bayram şənlikləri ilə bağlı xəbərdarlıq

Cəmiyyət Materials 27 May 2015 20:21 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi mayın 28-də Respublika Günü münasibətilə Bakıda bayram şənliklərinin təşkili ilə əlaqədar yollarda yaranacaq mümkün vəziyyətlə bağlı əhaliyə xəbərdarlıq edib.
Yol polisindən Bakıda keçiriləcək bayram şənlikləri ilə bağlı xəbərdarlıq

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi mayın 28-də Respublika Günü münasibətilə Bakıda bayram şənliklərinin təşkili ilə əlaqədar yollarda yaranacaq mümkün vəziyyətlə bağlı əhaliyə xəbərdarlıq edib.

Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında əhaliyə bayram tədbirlərinin keçirildiyi ərazi istiqamətində ictimai nəqliyyatdan istifadənin tövsiyə edildiyini bildirib:

"Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 28 May - Respublika Günü Bakıda bayram şənliklərinin keçirilməsi ilə əlaqədar paytaxtın Neftçilər prospekti boyu, Dənizkənarı Milli Parkda möhtəşəm bayram konsertinin və atəşfəşanlığın keçirilməsi ilə əlaqədar tədbirə qatılmaq istəyən şəhər sakinlərinə və qonaqlara tövsiyə edir ki, həmin ərazidə yollarda sıxlığın, narahatlığın və yol-nəqliyyat hadisələrinin yaşanmaması üçün fərdi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Yol Polisi İdarəsi bu tövsiyəyə ciddi yanaşaraq ona əməl edən sürücülərə öncədən təşəkkür edir".

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, 28 May - Respublika Günü münasibətilə mayın 28-də saat 21:00-da Milli Parkın ərazisində, Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert keçiriləcək, saat 23:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti