...

Azərbaycan sinoptiklərindən iyunun ilk gününə müjdə

Cəmiyyət Materials 31 May 2015 14:45 (UTC +04:00)
İyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycan sinoptiklərindən iyunun ilk gününə müjdə

Azərbaycan, Bakı, 31 may /Trend/

İyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zərf duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-22° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-21° isti, gündüz 29-34° isti olacağı gözlənilir. Dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti