...

Azərbaycan məktəblərində informasiyalaşdırma üzrə yeni layihə

Cəmiyyət Materials 5 İyun 2015 08:00 (UTC +04:00)
“Intel” şirkəti Azərbaycan məktəblərində informasiyalaşdırma üzrə yeni layihə reallaşdırmağı təklif edir.
Azərbaycan məktəblərində informasiyalaşdırma üzrə yeni layihə

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

"Intel" şirkəti Azərbaycan məktəblərində informasiyalaşdırma üzrə yeni layihə reallaşdırmağı təklif edir. Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, yaxın müddətdə şirkət Azərbaycan tərəfinə öz təklifini təqdim edəcək.

Söhbət Türkiyənin texniki təhsil vasitələrinin modernləşdirilməsinə yönəlmiş FATIH layihəsi ilə müqayisə edilən layihədən gedir.

FATIH proqramı çərçivəsində məktəblərə planşet kompüterlər, noutbuklar, proyektorlar, çoxfunksiyalı surətçıxarma aparatları, interaktiv lövhələr və s. verilib.

Qeyd edək ki, Türkiyədə layihə çərçivəsində məktəb müəllimlərinin ixtisaslarının artırılması üçün əyani və distant dərslər keçirilir. Məqsəd siniflərə təqdim edilmiş proqram təminatı, elektron dərsliklər, müəllimlər üçün nəzərdə tutulmuş təlimatlardan effektiv şəkildə istifadə etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti