...

Zığ yolunda yaşıllıqları məhv edən şəxs 15 min manat cərimə olundu (FOTO)

Cəmiyyət Materials 9 İyun 2015 18:29 (UTC +04:00)
Zığ yolunda yaşıllıqları məhv edən şəxs 15 min manat məbləğində cərimə olundu.
Zığ yolunda yaşıllıqları məhv edən şəxs 15 min manat cərimə olundu (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Zığ yolunda yaşıllıqları məhv edən şəxs 15 min manat məbləğində cərimə olundu.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-in sorğusuna cavab olaraq bildirib ki, Zığ magistral yolu ətrafındakı ərazi tullantılardan təmizlənib, mineral gübrələr verilib, sahəyə minlərlə kubmetr münbit torpaq və peyin daşınıb, 900 hektara yaxın sahədə nazirlik tərəfindən 23 min ağac əkilib: "Bütün bunlara baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən salınan yaşıllıqlar zəbt edilərək, ərazidə qanunsuz tikinti işləri aparılmağa cəhd göstərilir. Zəhmət hesabına bir neçə ilə ərsəyə gələn yaşıllaşdırma sahəsi dağıdılıb, 400-ə yaxın ağaca kimyəvi maddələr verilərək ağaclar qurudulub".

O, qeyd edib ki, nazirliyin işçiləri bütün mümkün vasitələrdən istifadə edərək qalan ağacların məhv edilməsini dayandıra bilib: "Hətta öz həyatları bahasına sahibkarın adamları ilə qarşıdurmaya belə gedib və ərazidə dağıntı işlərinin davam etməməsi üçün nazirliyin əməkdaşları orada keşik çəkir".

İ.İbrahimova deyib ki, ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti əraziyə iddialı şəxs, qanunsuz tikintiyə cəhd göstərən Vüsalə Babayevanı ağacları məhv etdiyinə görə 15 min manat məbləğində cərimə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti