...

Heydər Əliyev prospektində yerüstü piyada keçidlərinin üzlükləri yenilənir (FOTO)

Cəmiyyət Materials 6 İyul 2015 16:37 (UTC +04:00)
Bakının Heydər Əliyev prospektində yerüstü piyada keçidlərinin üzlükləri yenilənir.
Heydər Əliyev prospektində yerüstü piyada keçidlərinin üzlükləri yenilənir (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir İlkin İzzət/

Bakının Heydər Əliyev prospektində yerüstü piyada keçidlərinin üzlükləri yenilənir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, ASC tərəfindən paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Bu işlər çərçivəsində Heydər Əliyev prospektində, daha dəqiqi, Böyük Şor yol qovşağından Hava limanı qovşağınadək olan hissəsində yerləşən yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işlərinə aparılır.

Bu gündən etibarən sözügedən yolda yerləşən 6 yerüstü piyada keçidinin köhnəlmiş üzlüklərinin sökülməsi işlərinə start verilib. Söküntü işləri başa çatandan sonra piyada keçidlərinə yeni müasir üzlüklər vurulacaq. Təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi də tam olaraq yenilənəcək.

İşlər tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılacaq. Yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri zamanı yaranan müvəqqəti narahatlığa görə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti