Böyük Britaniyaya layiqli cavab

Böyük Britaniyaya layiqli cavab

"Azərbaycan və Ermənistan jurnalistləri arasında informasiya mübadiləsini təşkil etmək kimi "incə" maraqlar güdən Britanıyanın Sülh və Müharibənin İşıqlandırılması İnstitutunun həyata keçirdiyimiz layihəyə verdiyi reaksiyada təəccüblü heç nə yoxdur. Bu layihənin hədəfləri sözügedən institutun məqsəd və məramına ziddir. Biz bilirdik ki, gördüyümüz işin səsi çox-çox uzaqlara gedib çıxacaq və çıxdı da. Bu həm də hədəfə çatdığımıza işarədir".

Bunu Jurnalist Ekspert Mərkəzinin (JEM) İdarə Heyətinin sədri Nicat Dağlar QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Diqqət, düşmən mətbuatıdır!" layihəsinin Sülh və Müharibənin İşıqlandırılması İnstitutu (SMİİ) tərəfindən "ifadə azadlığına qarşı fəaliyyət" kimi qiymətləndirilməsinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, SMİİ öz işini əsasən münaqişələrin olduğu ölkələrdə qurur və bu ölkələrin jurnalistlərindən ibarət böyük bir şəbəkə şəklində fəaliyyət göstərir: "Layihəmizə belə bir rekasiya veriləcəyini gözləyirdik. Çünki gördüyümüz iş bu kimi institutların elan etdiyi prinsiplərə cavab vermir. Bunlar istəyirlər ki, hərbi sahəyə aid informasiyalar da açıq olsun və şəbəkə üzvləri bu informasiyaları rahat şəkildə ümumi bazaya ötürə bilsinlər. SMİİ-nin Ermənistanda da nümayəndəliyi var. Bu ölkənin jurnalistləri Cənubi Qafqaz Şəbəkəsinin işində fəal şəkildə iştirak edirlər. Bu institutun təmsilçiləri dəfələrlə Dağlıq Qarabağa səfər edib və oradakı separatçı rejimin rəhbərliyi ilə müxtəlif görüşlər keçiriblər. Hətta SMİİ-nin təcrübəsində Dağlıq Qarabağdakı erməni jurnalistlərin ayrıca ölkə təmsilçiləri kimi treninq və seminarara dəvət olunması kimi faktlar da var. Biz bu institutun fəaliyyətini diqqətlə izləyirik və ölkəmizə qarşı münasibətindən də xəbərsiz deyilik. Qayane Mkrtçyanın, Armen Karapetyanın Ermənistan haqqında yazdıqlarını da oxuyuruq, Nurgül Novruzovanın, Əfqan Muxtarlının Azərbaycan haqqında yazdıqlarını da. Ara Arutunyanın Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qondarma parlament seçkisi barədə yazdıqlarını, "Qarabağ müxalifəti parlamentdə yer aldı" kimi başlıqlarını da nəzərdən qaçırmamışıq".

N.Dağlar qeyd edib ki, həyata keçirdikləri "Diqqət, düşmən mətbuatıdır" layihəsinin əsas məqsədi ölkə mətbuatında dövlət və hərbi sirr təşkil edən, milli təhlükəsizliyə xələl yetirən, təxribat xarakterli informasiyaların yayılmasının qarşısını almaqdır: "SMİİ isə deyir ki, yox, bu ifadə azadlığına qarşı yənəlmiş fəaliyyətdir. Bunların istədiyi odur ki, müharibə şəraitində olan, torpaqları işğal olunmuş ölkədə hərbi sahəyə aid informasiyalar da əlçatan olsun və SMİİ-nin "hərtərəfli işıqlandırma" prinsiplərinə xələl yetirilməsin. Bizə maraqlıdır, bu adamların Böyük Britaniyanın qanunvericiliyindən xəbərləri varmı? Bilirlərmi ki, Britaniyada dövlət sirri necə mühafizə olunur və onun yayılmasına görə hansı sərt cəzalar nəzərdə tutulur? Xəbərləri yoxdursa, onda heç olmasa 1990-cı ildə qüvvəyə minmiş Böyük Britaniyanın Dövlət Sirri Haqqında Qanununu açıb 1-ci, 2-ci, 5-ci və 6-cı bölmələrini diqqətlə oxusunlar. Görəcəklər ki, bizim mətbuata çıxarlmasına qarşı olduğumuz informasiyalar onların təmsil etdikləri dövlətdə daha sərt qanunlarla qorunur. Biz deyirik ki, müharibə şəraitində olan ölkədə Ordu ilə bağlı mənşəyi bəlli olmayan informasiyalar yaymaq olmaz. Biz deyirik ki, müharibə şəraitində olan ölkədə hərbi əməliyyatlarla bağlı məlumatlar əsasən rəsmi mənbəyə söykənməli və torpaqlarımızı işğal etdiyinə görə düşmən tərəf hesab olunan Ermənistanın media qurumlarının yaydığı təxribat xarakterli informasiyalara istinad olunmamalıdır. Bunlar deyir yox, bu, ifadə azadlığına qəsddir. Dövlər sirrinin yayımasına görə 14-15 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq edən bir dövləti - Böyük Britaniyanı təmsil edən institut məsələyə belə primitiv formada yanaşırsa, biz buna ancaq gülə bilərik. Həyata keçirdiyimiz layihə ilə bağlı hazırlanmış material qeyri-ciddiliyin çılpaq formalarından biridir. Onu hazırlayan jurnalist gördüyümüz işin yalnız bir elementini götürüb layihənin mahiyyətini qoyduğu sualdaca təhrif edirsə və layihənin mövzusu kontekstdən çıxarılaraq təqdim olunursa, bu artıq SMİİ-nin özünün "peşəkar jurnalistikanın imkanlarından yararlanmaq" kimi prinsipinin pozulması deməkdir. Bu tip materialları Azərbaycanda hələ 1997-1998-ci illərdə redaktorlar cırıb atırdılar. Sual düzgün qoyulmayıbsa, müsahiblər ancaq öz siyasi maraqlarından çıxış edirlərsə və layihəni icra edən təşkilatın, yəni JEM nümayəndələrinin mövqeyi yoxdursa, həmin materialı dərc edib belə gülünc vəziyyətə düşməkdənsə, onu ən yaxşı halda yenidən işlənilməsi üçün junalistin özünə qaytarmaq lazım idi".

N.Dağlar sonda qeyd edib ki, aparılan monitorinqin nəticələrinə görə, sözügedən instituta, onun yaratdığı Cənubi Qafqaz Şəbəkəsinə lazım olan informasiyaların Azərbaycan mətbuatında yayılması halları nəzərəçarpacaq dərəcədə azalıb: "Onların əndişəsi də elə buradan qaynaqlanır. Azərbaycan jurnalistləri indi Ermənistan mətbuatının yazdılqarına yox, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara üstünlük verir. Bu, uzun müddətdir müxtəlif səviyyələrdə aparılan işin nəticəsidir. Bu nəticənin əldə olunmasında bizim də zərrə qədər əməyimiz olubsa, buna görə ancaq sevinə bilərik. Müharibə şəraitində olan ölkənin mətbuatı hansısa institutların deyil, dövlət maraqlarının keşiyində dayanmalı, hərbi sirr təşkil edən informasiyaların işğalçı ökə jurnalistlərinə ötürülməsinə imkan yaratmamalıdır. İnanırıq ki, Böyük Britaniyanın Sülh və Müharibələrin İşıqlandırılması İnstitutu axtardığı informasiyaları bundan sonra da Azərbaycan mətbuatında tapa bilməyəcək. Belə bir layihəni maliyyələşdirdiyinə görə QHT Şurasına və bu layihəyə dəstək vermiş Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk".

Azərbaycanın qaz ixracı 80 faizə yaxın artıb
Azərbaycanın qaz ixracı 80 faizə yaxın artıb
Azərbaycan neft ixracını azaldıb
Azərbaycan neft ixracını azaldıb
Avropa bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üçün iki kredit tranşı ayırıb
Avropa bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üçün iki kredit tranşı ayırıb
Loading Bars
Xəbər lenti
Braziliyada Milli nüvə təhlükəsizliyi agentliyi qurulub
Misir Qəzza zolağına 65 ton tibbi avadanlıq və dərman göndərəcək
Dünya İqtisadi Forumunun xüsusi iclası bu il keçirilməyəcək
Kolumbiyada qarşıdurmalar davam edir, yenə ölən və çoxlu sayda yaralı var
Ekvadorda avtobus qəzasında 9 nəfər öldü
Türkiyədə son sutkada koronavirusdan 13 864 nəfər sağalıb
Rusiyada helikopter qəzaya uğrayıb, ölən və itkin düşən var
Hikmət Hacıyev Brüsseldə Aİ komissarı ilə görüşüb
Daşkəsəndə Yol Polisi nəzarət-profilaktik tədbirləri davam etdirir (FOTO)
Dünyada ötən sutka koronavirusa 589 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycanın xarici ticarət dövriyyəsi 10 milyard dollara yaxınlaşıb
Gürcüstandakı insident barışıqla başa çatdı
Azərbaycanın qaz ixracı 80 faizə yaxın artıb
"Aeroflot" Türkiyəyə bilet satışını dayandırıb
Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib
İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Xaçmaz rayonunda Zəfər parkı inşa edilir (FOTO)
Ermənistan “bir tük də qənimətdir” prinsipi ilə yenə KTMT-dən mədət umur
Dələduz iş başında yaxalanıb
Regional rəqəmsal hökumət portalının ilkin versiyası hazırlanıb
Azərbaycan neft ixracını azaldıb
Dünyada ən çox satılan avtomobillər hansılardır?
Bakı Baş Gömrük İdarəsində əməliyyat: Vəzifəli şəxslər rüşvət alarkən saxlanıldı
Hikmət Hacıyev Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb (FOTO)
Qubada qardaşlar çaya düşüb, biri ölüb
“Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı
Teledərslərin mayın 18-nə olan cədvəli
Ölkəmizin uğurlarına qısqanclıqla yanaşanlar dost ölkələrlə münasibətlərimizi pozmağa cəhd göstərirlər - Deputat
Bakıda küçə və prospektlərdə sıxlıq var - BNA (FOTO)
Tovuzda 10 yaşlı qızın qətlində təqsirləndirilən şəxsin məhkəməsi başladı
Gürcüstandakı insident tamamilə məişət zəminində baş verib - Arzu Nağıyev
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir (FOTO)
Səhiyyə sisteminin transformasiyası proqramı hazırlanır - TƏBİB
Mayın 18-nə USD/AZN rəsmi məzənnəsi
Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başladı
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (FOTO/VİDEO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya rəsmi səfərə gedib
Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb - Nazir
Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün müraciətlər bu tarixdən aktivləşir
AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq etdi
2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib - Ədliyyə naziri
277 nəfər buraxılış imtahanına gəlməyib - DİM
Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı açıqlama yayıb
Müslüm Maqomayevin tuncdan heykəli bir aya hazır olacaq - Trend TV-nin REPORTAJI
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
DİM buraxılış imtahanlarının nəticələrini elan etdi
Azərbaycanda 426 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib
Bakıda ilk dərs günündə məktəblərdə davamiyyət 80 faiz təşkil edib - BŞTİ
Bakıda heroin alverçisi yaxalandı (FOTO/VİDEO)
18 yaşdan yuxarı 300-ə yaxın şəxsə peyvənd vurulub
Azərbaycan ordusunun genişmiqyaslı təlimləri revanşist qüvvələrə mesaj olacaq - Ekspert
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur - Lavrov
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
ÜGT-nin Avropa regionunda “köklü dəyişmə yaradan texnologiyalar” mövzusunda seminarı keçirilir (FOTO)
Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını nəşr edib
AXC-Müsavat cütlüyünün xəyanəti ermənilərin torpaqlarımızı işğal etməsini asanlaşdırdı - Deputat
“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxdı
Qəzzadan İsrailə atılan raket yaşayış binasına düşüb - Yaralılar var
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
Yığmamız dünya birinciliyinə qatılacaq
Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur
DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verdi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
40 yaşlı kişi özünü evində turnikdən asıb öldürdü
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıya gəlib (FOTO)
Maştağada toy yarımçıq dayandırıldı, 40 nəfər cərimələndi (FOTO/VİDEO)
Əkinlərini düzgün bəyan etməyən fermerlər subsidiyadan məhrum olunacaq - Nazirlik
TAC MMC əməkdaşları iş yerlərində vaksinasiya olunub
Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası
Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir - Rauf Əliyev
Avropa bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üçün iki kredit tranşı ayırıb
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov
İranda koronavirusdan ölənlərin sayı 77 mini ötüb
Sabahdan Azərbaycanda "Sputnik V” vaksinindən istifadə başlanılacaq
TAP vasitəsilə hidrogen tədarükü üzrə investisiya təklifi təqdim olunub
Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır - Naqif Həmzəyev
Sabahın hava proqnozu açıqlanıb
“Xarıbülbül” festivalı Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya nümayiş etdirdi
"SOCAR Energy Ukraine" premium yanacağın satışını bərpa edib
Azərbaycanda yüksək maaş verilən sahələr açıqlandı
Azərbaycanda 13 mindən çox müəllim iş yerini dəyişmək istəyir
Sabah güclü külək əsəcək
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur (VİDEO)
Ağdamın Çıraqlı kəndində ermənilərin dağıtdığı elektrik təsərrüfatı yenidən qurulub (VİDEO)
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi konfransların qalibləri müəyyənləşib (FOTO)
FHN yanğınla bağlı əhaliyə müraciət edib (VİDEO)
SOCAR-ın Kulevi terminalında daha bir çən tikilir
Kaspersky: Azərbaycandakı kompyuterlərin 42%-də hələ də Windows 7 istifadə olunur
Toyların keçirilməsi hansı halda mümkün ola bilər? - Komitə sədri açıqladı
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur (FOTO)
Bakıdakı məhşur restoran nöqsanlara görə bağlandı
SOCAR-ın Gürcüstandakı neft terminalından bitum məhsulları yola salınacaq
İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər saxlanılıb (FOTO)
Son 4 ayda 9 mindən çox piyada cərimələnib
Ali məktəblərdə yaz imtahan sessiyası distant keçiriləcək
"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq - Avropa Komissiyası
Bütün xəbərlər