...

Sabunçu rayonunda Rüstəm Rüstəmov küçəsi təmir olunur (FOTO)

Cəmiyyət Materials 10 İyul 2015 09:52
Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsində təmir işləri aparılır. Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır.
Sabunçu rayonunda Rüstəm Rüstəmov küçəsi təmir olunur (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsində təmir işləri aparılır. Nəqliyyat Nazirliyi "Azəryolservis"ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır.

"Azəryolservis"ASC-dən Trend-ə verilən məlumata görə, bu işlər çərçivəsində Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsi təmir olunur. Təmir işləri küçənin "İmam Zaman" məscidinin qarşısından Ramiz Qəmbərov küçəsi ilə kəsişməsinədək olan hissəsində görülür.

Uzunluğu 690, eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilmiş xəndəklər bərkidilir, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Ümumilikdə küçənin 10800 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.

Bundan başqa Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsində köhnə səki daşlarının yeniləri ilə əvəzlənməsi işləri də aparılır. Küçəyə təqribən 700 paqon-metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.

İşlər Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC rəhbərliyinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda qüvvə cəlb olunub.

Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərdən üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti