Azərbaycan, Bakı, 17 iyul /Trend/
Artıq təqribən 10 gündür ki, Azercell-in şəbəkəsində problemlər var.
Oxucuların Trend-ə çoxsaylı müraciətlərindən də aydın olur ki, "Azercell" şəbəkəsində telefon danışığı zamanı tez-tez əlaqə kəsilir. Bu da abunəçilər arasında ciddi narazılığa səbəb olur.
Hələlik isə bununla bağlı Azercell-dən açıqlama almaq mümkün olmayıb.