...

Elmin İnkişafı Fondu 14 qalib layihəni elan edib

Cəmiyyət Materials 21 İyul 2015 14:37 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2014-cü il üçün elan olunmuş əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin ekspertizasının nəticələrini açıqlayıb.
Elmin İnkişafı Fondu 14 qalib layihəni elan edib

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2014-cü il üçün elan olunmuş əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin ekspertizasının nəticələrini açıqlayıb.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqənin əsas prioritetləri azərbaycançılıq ideologiyası, multikulturalizm, sivilizasiyalararası dialoq, yüksək texnologiyalar və yüksək xassəli materiallar, elektron elmin formalaşması və inkişaf, biofizika, biotəbabət, molekulyar biologiya və biotexnologiyalar, genomika, molekulyar genetika, tibbin müasir problemləri, əczaçılıq, geofizika və hidrologiya, neft tədqiqatları, neft kimyası, qeyri-üzvi materialşünaslıq, aqrar tədqiqatlar, torpaqşünaslıq, ərzaq problemləri və s. olub.

2014-cü il üçün əsas qrant müsabiqəsinin kompleks elmi-tədqiqat proqramları üzrə layihələr sırasından ümumi maliyyələşdirilmə həcmi 4200000 manat olmaqla 14 qalib layihə müəyyənləşdirilib.

Qalib layihələr AMEA-nın Fizika, Radiasiya Problemləri, İnformasiya Texnologiyaları, Geologiya və Geofizika, Botanika, Kataliz və Qeyri-üzvi Kimya, Neft-kimya Prosesləri, Fəlsəfə və Hüquq institutlarında, Təcrübə-Sənaye Zavodunda, həmçinin Bakı Dövlət Universitetində, Milli Onkologiya Mərkəzində yerinə yetiriləcək. Multidissiplinar xarakterli layihələrin reallaşdırılmasında adıçəkilən qurumların əməkdaşları ilə yanaşı AMEA Fiziologiya, Zoologiya, Aşqarlar Kimyası institutlarının, Azərbaycan Tibb Universitetinin, Azərbaycan elmi-tədqiqat Əkinçilik və Tərəvəzçilik sahə institutlarının alim və mütəxəssisləri də iştirak edəcəklər. Qeyri-hökumət təşkilatları olan "Sağlam Nəsil" İctimai Birliyi və Abşeron Bio-Texnoloji MMC-nin əməkdaşları də layihələrdə təmsil olunublar. Fizika-riyaziyyat və texnika elmləri üzrə 3, kimya elmləri üzrə 5, Yer haqqında elmlər üzrə 1, biologiya, tibb və aqrar elmləri üzrə 4 və humanitar və ictimai elmlər üzrə 1 layihə qalib olub. Layihələrin icra müddəti 18 aydan 36 ayadəkdir və bu müddət əhəmiyyətli və tətbiqi xarakterli nəticələrin alınmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti