...

“Parlaq Zəka” intellekt şousunun 1/2 mərhələsinin sonuncu oyunu keçirildi (FOTO)

Cəmiyyət Materials 21 İyul 2015 14:41 (UTC +04:00)
“Parlaq Zəka” intellekt şousunun 1/2 mərhələsinin sonuncu oyunu keçirildi.
“Parlaq Zəka” intellekt şousunun 1/2 mərhələsinin sonuncu oyunu keçirildi (FOTO)

Azərbaycan, Bakı, 21 iyul /Trend/

"Parlaq Zəka" intellekt şousunun 1/2 mərhələsinin sonuncu oyunu keçirildi.

Bu həftə tamaşaçılar zəkaların "Volfqanq Amadey Mozart" mövzusunda olan mübarizələrini izlədilər. Trend-in məlumatına görə, müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi Həyat Quliyeva, sarı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurlan Abdurrahmanov, yaşıl yolda isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Fəridə İbrahimli mübarizə apardı. Bu görüşün qalibi və finala vəsiqə qazanan Fəridə İbrahimli oldu. Layihə rəhbəri Aydın Piriyev oyun barədə fikirlərinin bölüşüb: " Beləliklə növbəti uzun yolculuğun sonuna gəldik.

Mövzularımızla, səhnə quruluşlarımız, zəkalarımızın özünəməxsus fərqliliyi ilə tamaşaçıların yaddaşında qalmağa çalışdıq. Bizə gələn fikirlərdən, təəssüratlardan da bu məqsədə nail olduğumuz deyilə bilər. Ən sonda isə mövsümün Qarabağa həsr olunmuş tam fərqli buraxılışımızı da qaçırmayın. "

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.
Informasiya dəstəyi Trend-ə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti