“Azərsu” hesabat verdi (FOTO)

“Azərsu” hesabat verdi (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikası regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 2015-ci ilin birinci yarısında Astara, Tərtər, Daşkəsən və Qobustan şəhərlərinin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin icrasına başlayıb.

ASC-dən Trend-ə verilən məlumata görə, bununla da "Azərsu" ASC-nin sifarişi ilə su və kanalizasiya sistemləri yenidən qurulan şəhərlərin sayı 29-a çatıb. Bu şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilir.

Dövlət büdcəsindən maliyyələşən layihə çərçivəsində Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun birinci mərhələsinin inşası başa çatıb və şəhərə yeni mənbədən içməli suyun verilməsi təmin edilib. Təmizləyici qurğunun ikinci mərhələsi istismara veriləndən sonra Mingəçevirlə yanaşı Yevlax şəhəri və ətraf kəndlər də bu mənbədən su alacaq. Eyni zamanda Mingəçevir şəhərində tikintisi nəzərdə tutulan 270 km su şəbəkəsinin 197 km-lik hissəsində işlər başa çatdırılıb.

Hazırda Mingəçevir şəhərində tutumu 10 min kubmetr olan su anbarının, su və kanalizasiya şəbəkələrinin tikintisi və sayğaclaşma işləri davam etdirilir. Çirkab suların idarə olunması məqsədi ilə 3 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilib. Bunun nəticəsində Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınıb.

Şəmkir şəhərində istehlakçıları keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Şəmkirçay su mənbəyindən istifadə olunmasına başlanıb. Bu məqsədlə uzunluğu 16,5 km olan Şəmkirçay-Şəmkir magistral su xətti qısa müddətdə tikilərək istismara verilmiş və yeni mənbədən şəhərə suyun verilməsi təmin edilib.

Ucar şəhərində içməli su şəbəkəsinin yenidən qurulması üzrə işlər yekunlaşıb, şəhərdə 120 km şəhərdaxili şəbəkə yaradılıb, bütün abunəçilər smart sayğacla təmin olunub və bütün istehlakçılar 24 saat fasiləsiz içməli su ilə təmin olunub. Hazırda tutumu 3000 kubmetr olan su anbarının və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilir.

Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində ümumi əhalisi 15 min nəfər olan Şilavar, Digah, Velədi, Sütəmurdov və Göyşaban kəndlərinin içməli su problemi həll edilir. Hazırda həmin kəndlərdə 98 km uzunluğunda layihələndirilmiş su xətlərinin tikintisi, 3300-dən çox ev birləşmələrinin verilməsi və smart sayğacların quraşdırılması işləri yekunlaşmaq üzrədir. Artıq Göyşaban kəndinə içməli suyun verilməsi təmin edilib və hazırda kəndin 3500 sakini yeni şəbəkədən su alır.

Dövlət büdcəsi hesabına maliyyələşdirilən digər layihələr çərçivəsində 2015-ci ilin yanvar-iyun aylarında Hacıqabul, Biləsuvar, İmişli, Zərdab, Kürdəmir və Qax şəhərlərində içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması işləri davam etdirilir. Qeyd edək ki, Quba şəhərində layihənin icrası başa çatdırılmış, şəhərin içməli su və kanalizasiya sistemləri yenidən qurulub.

Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Ağdaş şəhərində sugötürücü qurğuların tikintisi ilə yanaşı, su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulması və sayğaclaşma işlərinə start verilib. Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 2 yeni artezian quyusunun qazılmasına başlanılıb. Buna qədər isə 134 km su şəbəkəsinin 126 km-lik hissəsi, 137 km-lik kanalizasiya şəbəkəsinin 121 km hissəsində işlər başa çatdırılıb. Layihənin növbəti mərhələsində Ağdaş şəhərində su və kanlizasiya şəbəkəsinin qalan hissəsinin inşası tamamlanacaq, çirkab sutəmizləyici qurğu tikiləcək və sayğaclaşma başa çatdırılacaq.

"Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə tender elan edilmiş və yaxın vaxtlarda tikinti-quraşdırma işlərinə başlanılacaq.

İslam İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi" çərçivəsində Gədəbəy, Astara, Daşkəsən və Tərtər şəhərlərində layihələrin icrası intensiv şəkildə həyata keçirilir.

Gədəbəy şəhərində istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Südlübulaq su mənbəyindən 14,8 km uzunluğunda magistral su kəmərinin, su anbarının, 79,4 km uzunluğunda paylayıcı su şəbəkəsinin tikintisi davam etdirilir.

Xanbulançay dəryaçasının yaxınlığında tikilmiş sutəmizləyici qurğudan Astara şəhərinə 24,8 km uzunluğunda magistral su kəmərinin tikintisinə başlanılıb.

Almaniya İnkişaf Bankının (KFW bankı) maliyyələşdirdiyi "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində "Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi çərçivəsində şəhərin bir hissəsinin içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması, anbarların tikintisi davam etdirilir.

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi" çərçivəsində Xaçmaz və Qusar şəhərlərində layihələrin növbəti mərhələsinin icrasına başlanılıb. Bu mərhələ çərçivəsində həmin şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkələri yaradılacaq.

Dünya Bankının krediti hesabına icra edilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində Şamaxı şəhərində içməli su və kanalizasiya şəbəkələrinin inşası yekunlaşmaq üzrədir, eyni zamanda çirkab sutəmizləyici qurğunun tikintisinə başlanılıb.

2015-ci ilin yanvar-iyun aylarında şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılmasına diqqət artırılıb. Ötən dövrdə içməli su çatışmazlığı müşahidə edilən Yardımlı, Zaqatala, Füzuli, Tovuz, Beyləqan rayonlarının kənd və qəsəbələrində icra olunmuş su layihələri çərçivəsində ümumilikdə 20 mindən artıq insanın içməli su təchizatı yaxşılaşdırılıb.

Hesabat dövründə "Azərsu" ASC tərəfindən regionlarda 246 km su, 75 km kanalizasiya xətləri, 1 sutəmizləyici qurğu, 2 su anbarı tikilmiş, 2 subartezian quyusu qazılmış, 6 mindən çox smart sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində bölgələrdə 80 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

Yanvar-iyun aylarında 36 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub. Hesabat dövründə 14 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib, 30 min nəfərə isə içməli suyun verilmə rejimi nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılıb.

Dünya Bankı Azərbaycanda yol layihəsi üçün kredit ayırmağı planlaşdırır
Dünya Bankı Azərbaycanda yol layihəsi üçün kredit ayırmağı planlaşdırır
“AccessBank”da yeni təyinat olub
“AccessBank”da yeni təyinat olub
Mayın 7-də xarici valyutaların manata qarşı məzənnələri
Mayın 7-də xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Prokurorluğun xəzinə hesabına köçürüləcək vəsaitlər artırılıb
Qrup hərəkətləri komandamız dünya kuboku yarışlarının finalına yüksəlib
"Elektron prokurorluq” informasiya sistemi yaradılacaq - FƏRMAN
Şəhid ailələrinin üzvləri ali məktəblərə qəbul imtahanında iştirak üçün vəsait ödəməyəcək
Prezident İlham Əliyev hərb və informasiya savaşını eyni anda apardı - Qələbəni şərtləndirən iki mühüm taktika
Mingəçevir Dövlət Universiteti ilə Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq inkişaf edir (FOTO)
Aİİ-də “Orucluğun tarixi və Ramazanın fəzilətləri” mövzusunda vebinar keçirilib (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsinə 3 milyondan çox baxış beynəlxalq diqqətin əyani təzahürüdür - Deputat
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların strukturu təkmilləşdirilib
Əyani tədris qismən bərpa olunur
8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkat Günü “Əsas Məsələ”də müzakirə olunub (VİDEO)
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun top hərəkətləri üzrə finalçıları müəyyənləşdi
Azərbaycanlı gimnastları və məşqçiləri yaxşı tanıyıram - İtaliya gimnastı
Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib
3 hakimin səlahiyyətlərinə xitam verilib
İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib - SİYAHI
Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
Azərbaycan gimnastlarının Dünya Kubokunun birinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi hələ də gündəm olaraq qalır - Sevil Mikayılova
Dünya Kubokunun Təşkilat komitəsi öz işini qüsursuz yerinə yetirir - Macarıstan gimnastı
Bakıda Milli Qəhrəmanın adını daşıyan park yenidən qurulub (FOTO)
Şuşanın mədəniyyət paytaxtı statusunun rəsmiləşməsi şəhərin hərtərəfli inkişafını təmin edəcək - Könül Nurullayeva
Bədii gimnastika üzrə Dünya Kubokunun birinci günündə maraqlı anlar (FOTO)
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
Mingəçevir Dövlət Universitetinin rektoru şəhid ailəsini ziyarət edib (FOTO)
Mayın 8-nə USD/AZN rəsmi məzənnəsi
Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib
Qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara xəbərdarlıq edilib
Daha bir hərbi qulluqçumuzun şəhid olması müəyyən edildi
Hindistanın Bakıdakı Səfirliyi Sanskrit dilini öyrənmək üçün ‘Little Guru’ adlı yeni tətbiqi təqdim etdi (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib (FOTO)
Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilənlərdən saxlanılan yoxdur - DİN
Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək
Gələcəkdə beynəlxalq səfərlərin bərpası üsulunu tapa biləcəyik - Aİ nümayəndəsi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub, 15 nəfər vəfat edib
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib (VİDEO)
Vətən müharibəsi qəhrəmanları üçün imtiyazlarla bağlı qanun layihələri plenar iclasa tövsiyə olundu
"Qatar Airways" Dohadan Bakıya uçuşları bərpa edir
Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Dünya Bankı Azərbaycanda yol layihəsi üçün kredit ayırmağı planlaşdırır
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb - Özbəkistan gimnastı
Satınalan təşkilatların nümayəndələri ilə növbəti onlayn görüş keçirilib
AHİK-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kreditini Yelo Bank-a gətir, daha az ödə
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
“Yüksəliş” müsabiqəsi yarımfinal mərhələsinə hazırlaşır
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib (FOTO)
Xalq şairi Musa Yaqub vəfat edib
Həbsdə olan polkovnik azadlığa buraxıldı
Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)
"British Airways" bu il 1 milyard avro itirib
Ermənistanda keçmiş hərbçi casusluqda ittiham olunur
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirilib
Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib (FOTO)
Azərbaycan XİN Fransa və Kanadaya cavab verib
Ağsuda həmkəndlisini güllələyən şəxsin işi məhkəməyə göndərilib
Şuşanın mədəniyyət paytaxtı elan edilməsi böyük əhəmiyyət daşıyır - Deputat
Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir - İsmayıl İsmayılov
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi
Koronavirusa qarşı təkrar peyvəndin vurulması ilə bağlı alimdən AÇIQLAMA
Dünya Kubokunda bütün gimnastlara məşq üçün lazımi qədər vaxt verilib - Yunanıstan gimnastı
Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb
İranda koronavirusdan ölənlərin sayı 74 mini keçib
Payızlıq əkinlər üçün gübrələrin səyyar satışından 8000-ə yaxın fermer yararlanıb (FOTO)
Qarabağda əkinə başlanılması kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına səbəb olacaq
Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir
Suraxanıda qəsəbədaxili küçələr təmir edilir (FOTO)
Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq
Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur - Polşa gimnastı
Şuşada DOST Mərkəzinin filialı açılacaq - RƏSMİ
Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edilib (ƏLAVƏ OLUNUB-2)
Xəzər dənizində zəlzələ olub
Odlar Yurdu Universitetinə ağır itki üz verib
ETSN "Azərsu”nu dənizi çirkləndirdiyi üçün məhkəməyə verib
BTQ Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verir - Baş direktor (FOTO)
Azərbaycanda koronavirusdan sağalma və ölüm faizi açıqlanıb
“Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb (FOTO)
Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib
Universitetdə struktur dəyişikliyi edilib
Mənşəyi məlum olmayan 200 kq heyvan cəmdəyi aşkarlanıb (FOTO)
Kanada XİN Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
“AccessBank”da yeni təyinat olub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Gimnastika Federasiyası növbəti dəfə bizi qüsursuz təşkilatçılığı ilə təəccübləndirə bildi - Misir gimnastı
Agentlik qazilərin protezlə təminatında problemin olması ilə bağlı məlumatlara münasibət bildirib
Azərbaycanda Hindistan ştammına rast gəlinməyib - TƏBİB
Heydər Əliyev Liderliyinin qalibiyyət və zəfər rəmzi!
Hökməli bələdiyyəsinin işçisi cəzalandırıldı (FOTO)
İtkin düşən kapitanın şəhid olduğu müəyyənləşdi
Qırğızıstanda damba uçuldu - Mindən çox sakin təxliyə olundu
“Petkim” istehsal gücünü 92%-ə çatdırıb
Ağdaşda sexdə fəhlənin qolu dəzgaha düşüb qopdu
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib - SƏRƏNCAM
Fevralda yoluxma sayının azalması tibb işçilərinin əməkhaqqına təsir edib - Agentlik
Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli
Bütün xəbərlər