...

TQDK II və III qrup üzrə keçirilən qəbul imtahanlarının nəticələrinin elan ediləcəyi vaxtı açıqlandı

Cəmiyyət Materials 27 İyul 2015 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələrini bu gün axşam saatlarında elan etməyi nəzərdə tutur.

Komissiyadan Trend-ə verilən məlumata görə, nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Müsabiqə şərtlərinə əsasən I, II, III və IV qruplar üzrə müsabiqədə ümumi balı 200-dən, hər bir fənn üzrə minimal balı 10-dan az olamayan abituriyentlər iştirak edə bilərlər.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti