...

"British Airways" və əfsanəvi futbolçu Qari Linekerdən azərbaycanlı futbol azarkeşləri üçün "Top 5" stadion

Cəmiyyət Materials 7 Avqust 2015 18:06 (UTC +04:00)
“British Airways” və İngiltərənin əfsanəvi futbolçusu Qari Lineker azərbaycanlı futbol azarkeşlərinə ziyarət etmək üçün Premyer Liqanın “Top 5” stadionunun adını açıqlayıb
"British Airways" və əfsanəvi futbolçu Qari Linekerdən azərbaycanlı futbol azarkeşləri üçün "Top 5" stadion

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Avqustun 8-də yeni futbol mövsümünün başlanması münasibətilə "British Airways" İngiltərə yığmasının keçmiş üzvü, əfsanəvi futbolçu Qari Linekerin peşəkar nöqteyi-nəzərdən məsləhətləri əsasında qarşıdan gələn mövsümdə oyunları canlı izləmək və ziyarət etmək üçün "Top 5" Premyer Liqa stadionunun siyahısını təqdim edir.

16 illik futbolçu karyerası ərzində Lester Siti, Everton, Barselona, Tottenhem Hotspur və Yaponiyanın Naqoya Qrampus Eito klublarında çıxış etmiş Lineker bildirir ki, Premyer Liqa dünyanın ən həyəcanlı ölkə çempionatıdır. Sevindiricidir ki, hər il dünyanın müxtəlif ölkələrindən olan milyonlarla insan oyunları izləmək üçün Londona səyahət edir.

"British Airways" Bakıdan Hitrou hava limanının mükafata layiq görülmüş 5 saylı terminalına həftədə 6 dəfə uçuşlar həyata keçirir. Futbol azarkeşləri Hitroudan asanlıqla Londonun mərkəzi hissəsinə, Çelsi və Arsenal kimi komandaların oyununu izləməyə gedə bilərlər. Bununla yanaşı, azarkeşlər "British Airways"-in geniş imkanlı uçuş şəbəkəsindən yararlanaraq, Mançester və Nyukasl kimi futbol şəhərlərinə səyahət etməklə oyun gününün ab-havasını yerli futbolsevərlərlə birgə duya bilərlər.

"Çoxsaylı azarkeşlərin Premyer Liqa oyunlarını canlı izləmək üçün Böyük Britaniyaya səyahət etmələri sevindiricidir və həqiqətən də belə bir səfər həyata keçirməyə dəyər.

Əgər siz derbi qarşılaşmasına bilet əldə edə bilsəniz, o zaman indiyədək keçirmədiyiniz təəssüratlar yaşayacaqsınız. Sadəcə oyundan daha artıq önəm kəsb edən belə bir futbol görüşünün şahidi olmaq inanılmaz bir özəllikdir: görəcəyiniz sürət, temp, futbol energetikasını heç vaxt unutmayacaqsınız.

Böyük Britaniyada bir çox möhtəşəm stadion var və Premyer Liqa futbol qarşılaşmaları dünyada ən möhtəşəm ab-havaya malikdir", - deyə Qari vurğulayıb.

Aşağıda Qarinin fikrinə əsasən bu mövsüm ziyarət etmək üçün "Top 5" futbol meydançasının siyahısı təqdim olunur.

1) Mançester Yunayted, Mançester şəhəri

"Old Trafordda heç vaxt qarşılaşmadığınız ab-havaya qərq olacaqsınız. Bu meydançada uzun müddət şərəfini qoruduğum Tottenhem komandasının heyətində cərimə meydançasından xeyli aralı bir nöqtədən Mançester Yunaytedin qapısına qol vurmuşam. "Arzular teatrı"nı ziyarət edən azarkeşlər həmişəlik yadda qalacaq sürət, yüksək temp və möhtəşəm futbol energetikasının şahidi olacaqlar."

2) Liverpul FK, Liverpul şəhəri

"Şəhərin şimal hissəsində Liverpul klubunun ev oyunlarını keçirdiyi Enfild stadionu hər zaman ziyarət ediləcək yerlər siyahısındadır. Liverpul və Everton arasında keçirilən Merseysayd derbisi gərgin və tam fərqli bir rəqabət nümunəsidir. Növbəti derbi 2016-cı il fevralın 27-də baş tutacaq və oyuna gedərkən bir ailənin müxtəlif üzvlərinin fərqli komandalara azarkeşlik etməsi, birinin mavi, digərinin qırmızı şarfla meydanda öz komandasını dəstəkləməsini görmək möhtəşəm bir hissdir."

3) Arsenal, London şəhəri

"Birləşmiş Krallığın paytaxtında yerləşən Arsenal klubunun stadionu ziyarət etmək üçün fantastik bir məkandır. Eyni şəhəri təmsil edən Tottenham və Çelsi kimi əzəli rəqiblər də yeni stadion inşası ilə məşğuldurlar. Beləliklə, paytaxtda ziyarət üçün seçim imkanları artacaq ki, bu da əladır."

4) Nyukasl Yunayted, Nyukasl şəhəri

"Nyukasl klubuna məxsus St. Ceyms Park stadionu inanılmaz ab-havaya malikdir. Nyukasl azarkeşləri Premyer Liqada ən çılğın azarkeşlərdən sayılırlar. Onları həm də "Şəhər ordusu" ("Toon Army") adlandırırlar."

5) Aston Villa, Birmingem şəhəri

"Premyer Liqada müasir meydançaların sayı çoxdur, lakin Aston Villaya məxsus Villa Park stadionu ziyarət etmək üçün köhnə üslublu uyğun məkanlardan biridir. Stadion bir çox "FA Cup" turnirinin yarımfinal oyunlarına ev sahibliyi edib. Mançester Yunayted və Arsenal arasında baş tutmuş tarixi qarşılaşmada Rayn Giqsin qələbə qoluna imza atması və formasını soyunaraq azarkeşlərə doğru qaçması anları da məhz bu stadionda baş verib."

Aviaşirkətin Londona olan uçuşlarının tam cədvəli və digər məlumatları ba.com saytından əldə etmək olar. Burada müştərilər ən ucuz qiymətlərlə tanış ola, sifariş, ödəniş və digər xidmətlərdən

"British Airways" haqqında:

∙ "British Airways" 9-u İngiltərə, 97 Avropa və 82 dünyanın digər istiqamətlərinə olmaqla 188 istiqamətdə uçuşlar həyata keçirir
∙ Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
∙ Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir
∙ Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
∙ "British Airways" vətəni London "Heathrow"da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
∙ "British Airways" hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır
∙ "British Airways"in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi "Skytrax" mükafatına layiq görülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti