...

700 bal toplayan abituriyentlər hansı ali məktəblərə qəbul olunublar?

Cəmiyyət Materials 13 Avqust 2015 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiaysı 2015-2016-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə keçirilən qəbul imtahanlarında maksimum nəticə göstərən -700 bal toplayan abituriyentlərin hansı ali məktəblərə qəbul olduqlarını açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, bu il 700 bal toplayan abituriyentlərin hamısı ölkənin ali məkrəblərini seçiblər. Abituriyentlərin 7-i I ixtisas qrupu, 3-ü II, 3-ü III, 2-si IV qrup üzrə ixtisaslara qəbul olunublar.

Trend həmin siyahını təqdim edir:

I ixtisas qrupu üzrə

Məmmədli Isa Elişad oğlu (Azərbaycan bölməsi) Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi (Dövlət sifarişi əsasında)

Abbasov Nihad Natiq oğlu Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi,

Allahverdiyev Əli Allahverdi oğlu (Azərbaycan bölməsi) "Qafqaz" Universitetinin Mexanika mühəndisliyi

Ismixanov Teymur Vüqar oğlu (Azərbaycan bölməsi) "ADA" Universitetinin Kompyuter elmləri (Ödənişli əsaslarla)

Abduyev Firuz Bayram (Azərbaycan bölməsi) "Qafqaz" Universiteti Kompyuter mühəndisliyi (Dövlət sifarişi əsasında)

Həsənli Arzu Ədalət qızı (Azərbaycan bölməsi) Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Dövlət sifarişi əsasında)

Əliyeva Nərmin Çingiz qızı (Azərbaycan bölməsi) "ADA" Universitetinin Kompyuter mühəndisliyi (Ödənişli əsaslarla)

II ixtisas qrupu üzrə

Qasımov Elçin Ziyad oğlu (Azərbaycan bölməsi) "Qafqaz" Universitetinin Mühasibat uçotu və audit (Dövlət sifarişi əsasında)

Əhmədov Ibrahim Əhməd oğlu (Azərbaycan bölməsi) "ADA" Universitetinin Beynəlxalq münasibətlər (Ödənişli əsaslarla),

İsgəndərov Əli Rauf oğlu (Azərbaycan bölməsi) "ADA" Universitetinin Beynəlxalq münasibətlər (Ödənişli əsaslarla) ixtisası

III ixtisas qrupu üzrə

Novruzova Lalə Zəfər qızı (Azərbaycan bölməsi) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq (Dövlət sifarişi əsasında)

Əfəndiyeva Xəyalə Rəvan qızı (Azərbaycan bölməsi) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Hüquqşünaslıq (Dövlət sifarişi əsasında)

Abdulrəhimov Kamran Hüseyn oğlu (Azərbaycan bölməsi) Bakı Dövlət Universitetinin Hüquqşünaslıq (Dövlət sifarişi əsasında)

IV ixtisas qrupu üzrə

Mahmudova Asya Idris qızı (Azərbaycan bölməsi) Azərbaycan Tibb Universitetinin Müalicə işi (Dövlət sifarişi əsasında)

Məcidov Nurlan Namiq qızı (Azərbaycan bölməsi) Azərbaycan Tibb Universitetinin Müalicə işi (Dövlət sifarişi əsasında) ixtisası.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti