...

Dövlət qulluğunda işləmək istəyənlər üçün yeni müsabiqə başlayır

Cəmiyyət Materials 13 Avqust 2015 16:28 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya avqustun 14-də vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqə elan edəcək.
Dövlət qulluğunda işləmək istəyənlər üçün yeni müsabiqə başlayır

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya avqustun 14-də vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqə elan edəcək.

Komissiyadan Trend-ə verilən məlumata görə, 55 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 693 vakant yerin tutulması üçün müsabiqə, 6 dövlət orqanında isə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 26 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan olunacaq.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 595-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 98-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 24-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə birinci instansiya məhkəmə orqanının aparatındadır.

"Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları sənədlərini avqustun 14-dən sentyabrın 14-dək Komissiyaya təqdim etməlidirlər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları isə sənədlərini avqustun 14-dən sentyabrın 2-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti