...

Azərbaycanda internet trafikin həcmi iki dəfədən çox aşağı düşüb

Cəmiyyət Materials 18 Avqust 2015 22:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın ilkin provayderi - "Delta Telecom" şirkətinin şəbəkəsi üzrə daxil olan internet trafikin həcmi iyun ayı ilə müqayisədə iyul ayında 58,6 faiz azalıb və 60 qiqabit təşkil edib. Trend xəbər verir ki, bu barədə şirkətin hesabatında məlumat verilir.

Şəbəkənin yüklənmə dinamikası sutkanın saatlarından asılı olaraq dəyişir. Ən böyük yüklənmə - 60-70 qiqabit gecə saatlarına (21:00 - 00:00) təsadüf edir. Səhər saatlarında bu göstərici 5 qiqabitə kimi enir.

"Delta Telecom"-un məlumatına əsasən, iyun ayı ilə müqayisədə iyul ayında çıxan trafikin həcmi 50 faiz aşağı düşərək 10 qiqabit təşkil edib.

Avqustun 15-ə olan məlumata görə, son istifadəçiyə kimi çatdırılan ən böyük internet trafikin həcmi dövlət provayderi "BakinterNet"-in (26,51 faiz) payına düşüb. İkinci yerdə 19,86 faizlə "Aztelekom", üçüncü yerdə isə 9,5 faizlə "Uninet" gəlir.

Qalan 44,13 faiz aşağıdakı şirkətlər tərəfindən istifadə edilib: AlfaNet", "Azintex", "Eurotelecom", "Smart Systems", "AG Telecom", "Azedunet", "Caspel", "QlobalNet", "Ultel", "Avirtel", "AzStarNet", "Castel", "MegaTelecom", "Azerin", "Stellford", "Nakhchivan", "Azeronline", "Azqtel", "DATAPlus", Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi, "AzEuroTel", "Bakcell", "Eurocel" и "TransEuroCom".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti