...

Türkiyədə oteldə baş verən yanğında xəsarət alanlar arasında azərbaycanlıların olması araşdırılır

Cəmiyyət Materials 20 Avqust 2015 17:28 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi kurort şəhəri Kəmərdəki oteldə baş verən yanğın nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olub-olmamasını müəyyənləşdirir.
Türkiyədə oteldə baş verən yanğında xəsarət alanlar arasında azərbaycanlıların olması araşdırılır

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Elmira Tarıverdiyeva/

Azərbaycanın Türkiyədəki səfirliyi kurort şəhəri Kəmərdə oteldə baş verən yanğın nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olub-olmamasını müəyyənləşdirir. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, ötən gün "Stardust Beach Hotel" hotelinin saunasında yanğın baş verib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadası hoteldə qalanları təxliyə edib.

Hazırda yanğının səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti