...

İrandan bəzi ölkələrə, o cümlədən Azərbaycana keçmək istəyən 22 min əcnəbi həbs olunub

Cəmiyyət Materials 14 Sentyabr 2015 11:12 (UTC +04:00)
İrandan sərhədi pozaraq qanunsuz Türkiyə, İraq və Azərbaycana qaçaq yolla keçmək istəyən 22 min əcnəbi vətəndaş həbs olunub.
İrandan  bəzi ölkələrə, o cümlədən Azərbaycana keçmək istəyən 22 min əcnəbi həbs olunub

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İrandan sərhədi pozaraq qanunsuz Türkiyə, İraq və Azərbaycana qaçaq yolla keçmək istəyən 22 min əcnəbi vətəndaş həbs olunub. Bunu İranın Qərbi Azərbaycan əyalətinin sərhəd qoşunları komandiri Şəhram Abbasi deyib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews xəbər verir.

Ş.Abbasi deyib ki, cari ilin əvvəlindən indiyədək (İranda il martın 21-də dəyişir) orta hesabla gün ərzində 150-200 əcnəbi vətəndaş ölkə sərhədini qanunsuz keçmək istəyərkən həbs olunub.

O deyib ki, apardığımız mübarizə nəticəsində qaçaqmalçılığın həcmi 95 faizə qədər azalıb.

İranın Qərbi Azərbaycan əyaləti Türkiyə, İraq və Azərbaycanla ümumilikdə 965 kilometr uzunluğunda müştərək sərhədə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti