...

Bakıda idman müəllimləri üçün badmintonla bağlı təlimlər başladı (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2015 17:51 (UTC +04:00)
Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilib.
Bakıda idman müəllimləri üçün badmintonla bağlı təlimlər başladı (FOTO)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Badminton Federasiyası və "Təhsil" Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə dərsdənkənar vaxtlarda keçirilən təlimlərin məqsədi fiziki tərbiyə müəllimlərini badminton idman növü üzrə məşq prosesi aparmağa hazırlamaq olub.

Təlimlərdə 14 ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi iştirak edib.

Badminton üzrə Azərbaycan yığma komandasının baş məşqçisi və məşqçiləri təlim iştirakçılarını məşq prosesinin elementləri ilə tanış edib, onlara bu idman növü üzrə qabaqcıl ölkələrin təcrübəsi, yeniliklər barədə ərtaflı məlumat veriblər.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Basdminton Federasiyasının prezidentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti