...

"Mənzil Kommunal İstismar Sahələrinin saxlanılmasının heç bir əhəmiyyəti yoxdur"

Cəmiyyət Materials 29 Sentyabr 2015 12:43 (UTC +04:00)
İndiki vəziyyətdə Mənzil Kommunal İstismar Sahələrinin saxlanılmasının heç bir əhəmiyyəti yoxdur.
"Mənzil Kommunal İstismar Sahələrinin saxlanılmasının heç bir əhəmiyyəti yoxdur"

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Elmir Murad/

İndiki vəziyyətdə Mənzil Kommunal İstismar Sahələrinin saxlanılmasının heç bir əhəmiyyəti yoxdur. Bunu Trend-ə açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

Onun sözlərinə görə, Mənzil Kommunal İstismar Sahələrinin özləri də bu vəziyyətdə işləmək istəmirlər. Sözügedən qurumun səlahiyyətlərinin bələdiyyələrə və ya başqa bir təşkilatlara verilməsinin hələ tez olduğunu vurğulayan millət vəkili qeyd edib ki, bu məsələdə tələsmək olmaz: "Bu sahədə ölkələrin qabaqcıl təcrübələri öyrənilməlidir. Mənzil Kommunal İstismar Sahələri artıq uzun müddətdir mövcuddur. Hazırda bu qurumlar vəzifələrinin öhdəsindən gələ bilmirlər. Büdcədən onlara kifayət qədər vəsait ayrılmır, yaxud da ayrılan vəsait bəlkə də məqsədyönlü xərclənmir".

Qeyd edək ki, avqustun 31-də Prezident İlham Əliyevin yaşayış yeri üzrə arayışların verilməsi və digər məsələlərlə bağlı imzaladığı fərmandan sonra Mənzil Kommunal İstismar Sahələrinin bir sıra səlahiyyətləri "ASAN" Xidmətə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti