...

Bakıda barmenlər üçün beynəlxalq master-klass keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2015 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

"William Grant & Sons" şirkəti Bakıda barmenlər və restoran biznesinin nümayəndələri üçün beynəlxalq master-klass təşkil edib.

Bakıya xüsusi dəvət olunmuş "Monkey Shoulder" və "Tullamore D.E.W" viskilərinin və "Hendrick's" şotland cinin (gin) MDB ölkələri üzrə brend səfiri Aleksandr Kuznetsov tədbir iştirakçılarına şotland viski və cinin zəngin tarixindən və bu içkilərin hazırlanma üsullarından ətraflı məlumat verib.

Tədbir iştirakçıları səmimi və rahat mühitdə brend səfir ilə söhbət edib, həmçinin "Monkey Shoulder" və "Tullamore D.E.W." viskiləri və "Hendrick's cininin müxtəlif zərif yeməklərlə uyğunluğunu qiymətləndirə biliblər.

A.Kuznetsov bildirib: "Azərbaycan - mənim böyük məmnuniyyətlə müntəzəm olaraq səfər etdiyim ölkələrdən biridir. Buranın çox səmimi və qonaqpərvər insanları var, Bakıdan olan barmenlər isə dünyanın bir çox ölkəsində çalışır, bu da onların yüksək peşəkarlıq səviyyəsindən xəbər verir".

Sözügedən brendlərdən danışan Aleksandr bu içkilərin yaşlanma prosesindən, onların növ müxtəlifliyi, dad qammasından danışıb, eyni zamanda barmen və restoran biznesinin nümayəndələrinə bacarıqların yaxşılaşdırılmasına dair bir neçə məsləhət verib.

Bundan başqa, dünya miksologiyasının ustadları ilə birgə iş təcrübəsinə malik olan Aleksandr eyni zamanda peşəkar barmendir, və o, tədbir iştirakçılarına qastronomik etüdlar, viski və cindən müxtəlif kokteyllərin hazırlanması üsullarını nümayiş etdirib.

"William Grant & Sons" haqqında:

"William Grant & Sons Ltd" - şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: "Glenfiddich", "The Balvenie", "Tullamore D.E.W.", "Grant's". Azərbaycanda brendin rəsmi distributoru "El Trade" şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti