...

Azərbaycan gömrükçüləri sərhəddə İran vətəndaşında narkotika aşkarlayıb

Cəmiyyət Materials 1 Oktyabr 2015 10:26 (UTC +04:00)
Gömrükçülər İran vətəndaşında narkotik vasitə aşkar edib.
Azərbaycan gömrükçüləri sərhəddə İran vətəndaşında narkotika aşkarlayıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Elmir Murad/

Gömrükçülər İran vətəndaşında narkotik vasitə aşkar edib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində "Renault Megan" markalı minik avtomobili ilə sərnişin qismində Azərbaycana gələn İran vətəndaşı Meisam Ahmadi gömrük nəzarətindən keçərkən kinoloji xidmət iti onun çamadanına reaksiya verib. Bundan sonra onun əl yükünə baxış keçirilib.

M.Ahmadinin yükündə 4 ədəd bükümdə, ümumi xalis çəkisi 20,17 qram olan narkotik vasitə - həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti