...

Bakıda D'S Damat markasının ikinci mağazası açıldı (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2015 15:24 (UTC +04:00)
Oktyabrın 10-da Metro Park ticarət mərkəzində Türkiyənin məşhur D'S Damat kişi geyimləri markasının ikinci mağazasının açılışı olub. Təntənəli açılışda Türkiyədən və Azərbaycandan olan iş adamları iştirak edib.
Bakıda D'S Damat markasının ikinci mağazası açıldı (FOTO)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Oktyabrın 10-da Metro Park ticarət mərkəzində Türkiyənin məşhur D'S Damat kişi geyimləri markasının ikinci mağazasının açılışı olub. Təntənəli açılışda Türkiyədən və Azərbaycandan olan iş adamları iştirak edib.

Qonaqların açılışla bağlı xoş sözlərindən sonra, tamaşaçılara D'S Damatın yeni payız kolleksiyasının dəfilesi göstərilib. Bu yeni kolleksiya qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Son dəbə uyğun və zövqlü kişi geyimlərinin lider markalarından biri olan D'S Damat bu dəfə də izləyicilərini maraqlı təqdimatı ilə təəccübləndirməyi bacarıb. Tamaşadan sonra qonaqlara canlı musiqi sədaları altında içkilər və qəlyanaltı təqdim olunub. Sonra qonaqlar xatirə fotoşəkilləri çəkdiriblər.

Tədbirdə iştirak edən D'S Damat markasının sahibi, ORKA holdinq şirkətlər qrupunun prezidenti cənab Süleyman Orakçıoğlu Bakıda ikinci mağazanın açılmasından məmnunluğunu bildirib. O, genişlənən Azərbaycan bazarında daha bir neçə mağazanın fəaliyyətə başlamasının gələcək planlarından biri olduğunu vurğulayıb.

D'S Damat haqqında daha geniş məlumatı sosial şəbəkələrdə @DSDamatBaku axtararaq tapa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti